Paşinyan bu məsələni Makrona həvalə etdi: Nikolun Fransa səfərində GİZLİ MƏQAMLAR
Paşinyanın Qərb səfəri davam edir. Ermənistan baş naziri ABŞ-dən əlboş qayıtdıqdan sonra, dərhal Fransaya üz tutub. Ermənistanın ən yaxın dəstəkçisi olan Makronun köməyinə böyük ehtiyac duyan Paşinyan Parisdə bir sıra görüşlər keçirib. Ümumiyyətlə, Paşinyanın Qərbə ard-arda səfərləri nəylə bağlıdır.
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran politoloq Turab Rzayev bildirib ki, Rusiyanın zəifləməsindən sonra Ermənistan Qərbə doğru istiqamət götürüb:
Turab Rzayev
"Nikol özünə yeni müttəfiqlər seçib. Bunların biri ABŞ, digəri isə Fransadır. Hesab etmək olar ki, Ermənistan indi Fransadan daha çox asılıdır. Çünki Fransa Ermənistanı silahlandırır, hərbi dəstək verir, orduya təlimlər keçir. Fransa Ermənistandan təkcə Azərbaycana deyil, Rusiyaya qarşı da istifadə edir. ABŞ Ermənistanı 2-ci, 3-cü planda görür. Ona görə də Paşinyan ABŞ-dan təminat almağa çalışırdı və buna da nail oldu. Ötən ilin aprelində ABŞ-Aİ-Ermənistan arasında üçtərəfli əməkdaşlıq haqqında saziş imzalandı. Bundan sonra strateji tərəfdaşlıq haqqında xartiyaya imza atıldı. İndi Paşinyan çalışacaq ki, Fransayla daha yaxın təmaslar qursun ki, münaqişə olacağı təqdirdə Paris Ermənistanın yanında dayansın. Bunun üçün də, ölkəsini qorumağı Fransaya həvalə edir. Ermənistanın silahlanması, müxtəlif texnoloji silahlar əldə etməsi, hərbi təlimlər keçməsi, Fransa tərəfindən təşkilatlandırılması Azərbaycanı fəaliyyətə keçməyə vadar edir. Buna görə də Azrəbaycan silahlanmağa məcbur olur. Nəticədə hər iki ölkə silahlanma yarışına girir və milyardlarla dollar vəsait xərclənir. Bu isə regionda müharibə riskini çoxaldır".
Vəli Həsənoğlu,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var