Paşinyan Əliyevin bu tələblərini də yerinə yetirəcək
4 illik təcrübə göstərdi ki, Əliyevin istənilən tələbi Paşinyan tərəfindən yerinə yetirilir. Bir neçə gün öncə Azərbaycan Prezidenti yenidən tələblər irəli sürdü. Bunlardan biri də Ermənistanda faşizmin məhv edilməsidir.
KONKRET.az Publika.az-a istinadla xəbər verir ki, bu iddia ilə "Ermənistan" fraksiyasının deputatı Artur Xaçatryan çıxış edib.
Xaçatryanın iddiasına görə, Əliyev Ermənistanda Daşnaksütyunu faşizm strukturu elan edərək, onun ləğvi tələbini irəli sürəcək, Paşinyan da bunu yerinə yetirəcək:
"Eyni zamanda, Əliyev Qarabağ müharibəsində əsas iştirakçıların Bakıya təhvil verilməsini istəyəcək, Paşinyan da bunu edəcək".
Erməni deputat hesab edir ki, Əliyevin digər tələbi Ermənistanın demilitarizasiyası ilə bağlıdır.
"Əliyev bunu bəyan etdi. Bildirdi ki, Ermənistana silah verən ölkələr müqavilələri ləğv etməli, verilmiş silahlar geri qaytarılmalıdır. Paşinyan artıq bu tələbi nəzərə almağa hazır olduğuna eyham vurub. Eyni vəziyyət Zəngəzur dəhlizi ilə bağlı da yaşanır. Əliyev dəhlizin açılmasını tələb edir. Paşinyan buna qarşı "sülh qovşağı" layihəsini irəli sürüb, halbuki, bunun həyata keçirilməsi mümkün deyil. İstənilən ağıllı insana aydındır ki, Ermənistan nəqliyyat qovşağı, tranzit mərkəzi ola bilməz, buna coğrafiya imkan vermir. Bunu Paşinyan da anlayır, ona görə Azərbaycana yol təklif edir. Azərbaycan üçün vacib məsələ həmin yola nəzarət etməkdir. Paşinyan bir neçə il əvvəl bəyan etmişdi ki, yolda fərqli rejim olacaq. Söhbət Azərbaycanın bu yola hansı səviyyədə nəzarət etməsindən gedir. Fikrimcə, Əliyev istədiyinə nail olacaq. Yol tamamilə Azərbaycanın nəzarətinə keçəcək. Sadəcə olaraq, Paşinyan deyəcək ki, yaxınlıqda erməni bayraqları olsun, hər kəs elə bilsin ki, oraya ermənilər nəzarət edir, amma praktikada yol Ermənistanın nəzarətindən kənarda qalacaq", – Xaçartyan iddia edib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var