Paşinyan hakimiyyəti istefa verəcək? - Politoloq mümkün variantları şərh etdi

Paşinyan hakimiyyəti istefa verəcək? - Politoloq mümkün variantları şərh etdiXəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın istefa verməyə hazırlaşdığı və ölkəni növbədənkənar seçkilərə aparacağı iddia edilib.
Bu diqqətçəkən iddia ilə Paşinyanın sabiq müttəfiqi və deputat Ovik Ağazaryan çıxış edib.
Deputat xarici siyasətdə baş verən son hadisələrin növbədənkənar seçkilər üçün əlverişli zəmin yaratdığını və bunun hökumətin strateji maraqlarına xidmət edəcəyini güman edir.
Deputatın fikrincə, Paşinyanın siyasi mövqeyi yeni hüquqlar əldə etmək imkanı da yaradır.
Bəs, Ermənistandakı hazırkı hərc-mərclik, hakimiyyətdaxili böhranlar, kilsənin təzyiqləri yaxın gələcəkdə hansı proseslərə yol aça bilər?
Görəsən, rəsmi Kremlin Ermənistanın son addımlarına cavabı necə olacaq?
Həmçinin sözügedən iddianın reallaşması, Ermənistan hakimiyyətində dəyişiklik Azərbaycana nə dərəcədə təsir göstərəcək? 
Məsələ ilə bağlı Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə azxeber.com-a açıqlama verib.
Paşinyan hakimiyyəti istefa verəcək? - Politoloq mümkün variantları şərh etdiPolitoloqun dediklərinə görə, Ermənistanda Paşinyan hökumətinin istefa verməsindən sonra revanşist qüvvələr hakimiyyətə gələ bilər:
"Ermənistanda hakimiyyətin dəyişməsi potensial olaraq revanşistlərin hakimiyyəti ələ almasına gətirib çıxara bilər. Hazırda düşünmürəm ki, Ermənistanda hakimiyyətdaxili hərc-mərclik var. Bu ölkədə Paşinyan hökuməti proseslərə çox ciddi nəzarət edir. Təbii ki, müəyyən dövlətlərə işləyən qruplaşmalar mövcuddur. Orduda hələ də bəzi dövlətə bağlı qruplar var. Bu o demək deyil ki, Ermənistan hakimiyyəti üçün təhdid yaradır. Ermənistanda kilsənin keçirtdiyi aksiyalar da nəticəsini vermədi. Əlbəttə ki, Nikol Paşinyan hakimiyyətini gücləndirmək üçün növbəti növbədənkənar parlament seçkilərinə gedə bilər".
Siyasi şərhçi qeyd edib ki, Nikol Paşinyan hazırda çalışır ki, Köçəryan-Sarkisyan tandeminə qarşı öz hakimiyyətini qorusun:
"İndi parlamentdə bir sıra revanşist qrup yenə də Qarabağ məsələsini ön plana çıxarır, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar irəli sürən xəritələr yapışdırır. Göründüyü kimi, İrəvanda revanşistlər fəaldır. Onlar hakimiyyəti zəbt etsələr, bu region, Ermənistanın özü üçün də çox təhlükəli olacaq. Bu səbəbdən Nikol Paşinyan çalışır ki, hazırkı hakimiyyətini qorusun. Çünki Paşinyana indiki rəqibləri Köçəryan-Sarkisyan tandemi və kilsənin bu prosesdə onlara dəstək verməsidir. Şəksiz ki, Paşinyan hökuməti istefa versə, revanşist qüvvələr hakimiyyətə gələcək. Bu da Azərbaycanla yeni müharibə deməkdir. Bu mənada, bütün sülh danışıqlarının üzərindən xətt çəkilə bilər".
Mikayıl Mirzəzadə

Siyasi       Tarix: 22 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransının (COP34) keçirilməsi üçün öz namizədliyini irəli sürüb. KONKRET.azxəbər verir ki, bu barədə ətraf mühit naziri Ambarsum Matevosyan COP31 çərçivəsind

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

"Avropa Siyasi Birliyi"nin Dublin Sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun, enerji və nəqliyyat sahələrində tərəfdaşlığının, eləcə də regional sülh təşəbbüslərinin müzakirəsi baxımından mühüm əhəmiyyə

Zahid Oruc: "Azərbaycanı kənardan idarə etmək istəyənlər yanılır

"Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qərb dövlətlərindən gözləntilərimiz maksimum səviyyədə idi. Çünki həmin dövlətlər iqtisadi, texnoloji və xüsusilə də hüquqi baxımda

İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31

Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?

Ukraynada müharibənin dayandırılması ilə bağlı diplomatik müzakirələr davam edir. Tərəflər arasında müharibənin başa çatdırılması üçün müxtəlif təkliflər və şərtlər gündəmə gətirilir. Rusiyanın irəli sürdüyü iddia oluna


azerbaycan xeberleri son xeberler yeni xeberler sosial yardim qarabag valyuta mezennesi valyuta