Paşinyan Qazaxla sərhəddə: Erməniləri dilə tutur
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Tavuş vilayətinin Voskepar kəndinə gedib.
KONKRET.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu, baş nazirin Voskepara ikinci səfərdir.
Qeyd edək ki, Tavuş vilayətinin ermənilər Voskepar kəndi Azərbaycanın Qazax rayonunun işğal olunmuş 7 kəndi ilə üzbəüz ərazidə yerləşir.
Paşinyanın Tavuşa 1-ci səfəri zamanı kənd camaatı ilə görüşq rahat keçməmişdi. Həmin görüşdə Paşinyan Qazaxın işğal altındakı 4 kəndinin – Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı və Bağanız Ayrımın Azərbaycana təhvil verilməsinin vacibliyini vurğulamışdı. Vospekar erməniləri isə baş nazirin sözlərinədn narazı qalmışdılar. Paşinyan isə onlara demişdi ki, bu kəndlər təhvil verilməlidir, əks halda müharibə başlayacaq.
Nikol Paşinyan son mətbuat konfransında da bu kəndlərin Ermənistana aid olmadığını bəyan edib.
Xatırladaq ki, Azərbaycanın Qazax rayonunun 7 kəndi – Bağanıs Ayrım, Aşağı Əskipara, Qızılhacılı, Xeyrimli, Yuxarı Əskipara, Barxudarlı və Sofulu 90-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunub.
Bu kəndlərdən 4-ü (Bağanıs Ayrım, Aşağı Əskipara, Qızılhacılı, Xeyrimli) esklav olmayan yaşayış məntəqələridir, 3-ü isə (Yuxarı Əskipara, Barxudarlı, Sofulu) ekslavdır (hər tərəfdən Ermənistan ərazisilə əhatə olunub).
Hazırda kəndlərin Azərbaycana qaytarılması gündəmin əsas müzakirə məsələsidir. Azərbaycan tərəfi Ermənistandan qanunsuz olaraq Tavuş bölgəsinə daxil etdiyi bu kəndlərin 4-nü ilk növbədə qeyd-şərtsiz qaytarılmasını istəyir. Rəsmi Bakı bildirib ki, daha sonra digər 3 kəndin və Naxçıvanın işğal altındakı esklav olan Kərki kəndinin qaytarılması məsələsi müzakirə olunmalıdır.
Ermənistanda isə hələ ki buna müqavimət göstərilir, proses uzadılır. (Modern.az)
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var