"Paşinyanın bu müsahibəsindən sonra Rusiya ilə münasibətləri dalana dirənəcək" - ŞƏRH
"Bizim hazırkı vətənpərvərlik modelimiz erməni vətənpərvərliyinin sovet modelidir, bu tip vətənpərvərlik Ermənistan dövləti və dövlətçiliyi ilə kəskin dərin münaqişədədir".
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bugünkü müsahibəsi zamanı deyib. O, həmçinin Rusiyanın Ermənistanda hərbi mövcudluğunun respublika üçün təhlükələr yaratdığını deyib:
"Rusiyanın Ermənistanda hərbi mövcudluğu təkcə Ermənistanın təhlükəsizliyinə zəmanət vermir, əksinə, respublika üçün təhlükələr yaradır".
Paşinyanın bugünkü açıqlamaları ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov azxeber.com-a fikirlərini bildirib.
Politoloq qeyd edib ki, uzun müddətdir Ermənistanda açıq Rusiya düşmənçiliyi xarakterik hal alıb:
"Paşinyanın müsahibəsində bir sıra diqqətçəkən məqamlar oldu. Əvvəla, nəzərə almaq lazımdır ki, artıq uzun müddətdir Ermənistanda açıq Rusiya düşmənçiliyi xarakterik hal alıb. Rusiyaya qarşı ciddi demarşlar həyata keçirilir. Bu baxımdan Paşinyanın sonuncu açıqlamaları da təəccüblü deyil. Çünki artıq o ötən ilin ikinci yarısından etibarən Ermənistanda Rusiya maraqlarının sıradan çıxarılması üçün əlindən gələni edir".
"Onun KTMT, eyni zamanda Rusiyanın Gümrü şəhərindəki hərbi mövcudluğu ilə bağlı qıcığı, Fransadan aldığı dəstəklər və eyni zamanda Qərb imperialist dairələri tərəfindən qızışdırma fonunda baş verir", - deyə politoloq bildirib.
Tural İsmayılovun sözlərinə görə, Paşinyan özünü Qərbpərəst göstərmək, Qərb dairələri yanında ona qarşı olan tapşırıqları yerinə yetirmək üçün Rusiyaya qarşı belə açıq düşmənçilik xətti götürüb:
"Bu baxımdan Paşinyan özünü Qərbpərəst göstərmək, Qərb dairələri yanında ona qarşı olan tapşırıqları yerinə yetirmək üçün Rusiyaya qarşı belə açıq düşmənçilik xətti götürüb. Eyni zamanda növbəti dəfə blef edərək həm də daxili erməni auditoriyasını və beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Çünki onun guya Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmağına Ermənistanın razı olmadığı ilə fikirlərinin fonunda Rusiyanı tənqid etməyi prosesə Rusiyanın əngəl tərəfi olduğunu və Qərbin təşviq edən tərəf olduğu görüntüsü qatmağa hesablanıb. Hesab edirəm ki, istənilən halda Paşinyanın bu müsahibəsindən sonra onun Rusiya ilə münasibətləri daha da dalana dirənəcək. Eyni zamanda Paşinyanın son açıqlamalarının Rusiya siyasi və hərbi elitasından kəskin reaksiyalarla qarşılığı olacağını gözləmək olar".
Aydın Nuri
Kurslar.az kurslar [newsid: 0-123300]

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü