Patriarx Kirill: 'Siyasi amil dini liderlər arasında danışıqları çətinləşdirir
"Söhbət hərbi münaqişənin aradan qaldırılmasından getdikdə siyasi amil mövcud olur, bu amilin hakim olması isə danışıqları çətinləşdirir. Bəzən dini nöqteyi-nəzərdən baxanda insanların niyə bir-birinə etibar edə bilmədiyini anlaya bilmirik. Onların etibar edə bilməməsinin səbəbi siyasi maraqlara toxunması ilə bağlıdır".
Azxeber.com xəbər verir ki, bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, dini liderlər ümumi mənafe naminə və hər hansı mənfi fəsadlar olmadan gündəlikdə olan ən mürəkkəb məsələləri belə müzakirə edirlər: "30 ildən çox mövcud olan tanışlığımız dövründə elə bir mövzu olmayıb ki, bizi bir-birindən ayırsın və ya hər hansı gərginlik yaratsın. Biz hər zaman müzakirə etdiyimiz bütün məsələlərin həllini tapmışıq və tapmaqda davam edirik".
Patriarx Azərbaycanda pravoslav kilsəsinə başçılıq edən şəxslərin ənənəni davam etdirəcəklərinə ümidvar olduğunu bildirib: "Azərbaycanda rus kilsəsinin İslam icması ilə münasibətləri çox yüksək prioritetə malikdir".
Turlar.az [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu