Patrik Şik: "Qarabağ" Bundesliqadakı rəqiblərimizlə müqayisədə...
" class="imgbcode" />Azərbaycan komandası alqışa layiqdir.
KONKRET.az xəbər verir ki, bunu Almaniyanın "Bayer 04" klubunun futbolçusu Patrik Şik "Qarabağ"a 3:2 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
2 qol vuraraq qarşılaşmanın qəhrəmanı olan çexiyalı hücumçu əlavə edilmiş dəqiqələrdə dubla imza atdığı üçün xoşbəxt olduğunu bildirib.
Şik ağır mübarizə getdiyini bildirib: "Çətin, həyəcanlı oyun oldu. "Qarabağ" Bundesliqadakı rəqiblərimizlə müqayisədə tam fərqli üslubda oynayır. Bu, işimizi çətinləşdirdi. Ancaq qalib gəldiyimiz üçün çox xoşbəxtəm. Bu, təsadüf deyil. Cari mövsüm artıq dörd və ya beşinci dəfədir ki, bu formada geridönüş edirik. İnanılmaz dərəcədə komanda ruhumuz var. Son dəqiqədə vurulan həlledici qol həmişə emosionallıq gətirir. Eyni formada davam etməliyik".
Qeyd edək ki, iki oyunun cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan "Bayer 04" 1/4 finala adlayıb.

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto