Paytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyətinin 5 ildir ki, həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir. Artıq paytaxtın Nərimanov, Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı və Səbail rayonlarında icra olunan layihəyə avqustun 20-dən Binəqədi rayonunun da qoşulması qərara alınıb.  
Qeyd edilməlidir ki, son vaxtlarda Binəqədi rayonunda abadlıq və təmizliklə bağlı həyata keçirilən müsbət işlər, pozitiv dəyişikliklər müşahidə edilir və bu baxımdan layihənin Binəqədi rayonunda icrası problemlərin aradan qaldırılması istiqamətində atılan daha bir addımdır.  
Layihəyə yeni qoşulacaq Binəqədi rayonunda hazırlıq işləri çərçivəsində ilk növbədə 656 konteyner meydançası yaradılıb. İlkin mərhələdə meydançalara 1655-i yaşıl və 563-ü narıncı rəngdə olmaqla, ümumilikdə 2218 müasir tipli yeni konteynerlər yerləşdirilir, əraziyə cavabdeh şəxslər təyin olunur.
Sakinlərin maarifləndirilməsinə xüsusi diqqət ayrılan bu layihə çərçivəsində Bakı Şəhər və Binəqədi Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə və təsərrüfat xidmətlərinin işçiləri və gənclərin iştirakı ilə rayonun qəsəbələrində, məhəllə və həyətlərində görüşlər keçirilir. Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyi arasında imzalanmış Əməkdaşlıq Memorandumuna əsasən İctimai Birliyin könüllüləri maarifləndirmə işlərinə yaxından dəstək verir.
Maarifləndirmə tədbirləri çərçivəsində vətəndaşlara layihənin məqsədi izah edilir, mənzillərə yaşıl və narıncı rəngli paketlər, məlumatlandırıcı bukletlər paylanılır, məhəllələrdə və binaların bloklarında posterlər yapışdırılır.
Xatırladaq ki, layihənin həyata keçirilməsi üçün dövlət büdcəsindən ayırılmış vəsait hesabınaBakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən 104 ədəd yeni avtonəqliyyat vasitəsi və mexanizmləri alınaraq istifadəyə verilib və bu yaxınlarda daha 40 maşın gətiriləcəkdir.
Bu layihənin uğurla icrası son illərdə kommunal sahədə həyata keçirilən tədbirlər nəticəsində abad şəhərə çevrilən paytaxtımızın daha təmiz saxlanılmasına, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına, ekoloji mədəniyyətin formalaşmasına və iqtisadi səmərənin əldə olunmasına xidmət edir.
Paytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur - FOTOLARPaytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur - FOTOLARPaytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur - FOTOLARPaytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur - FOTOLARPaytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur - FOTOLARPaytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur - FOTOLARPaytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur - FOTOLARPaytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur - FOTOLARPaytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur - FOTOLARPaytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur - FOTOLARPaytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur - FOTOLARPaytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur - FOTOLARPaytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur - FOTOLARPaytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur - FOTOLARPaytaxt meriyasının layihəsinə Binəqədi rayonu da qoşulur - FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 13 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Qızıl ucuzlaşdı: Azərbaycanda qiymətlər aşağı düşəcək? – İqtisadçıdan AÇIQLAMA

Dünya bazarında qızılın qiymətinin oktyabr ayında 7,3 faizdən çox ucuzlaşması son 18 ilin ən kəskin aylıq enişlərindən biri kimi diqqət çəkib. Qiymətlərdəki bu dəyişiklik Azərbaycanda da qızıl bazarının gələcəyi ilə bağl

Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bakı şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir. xəbər verir ki, həmin görüntüləri sizə təqdim edir. Xatırladaq ki, bu gün Azərbaycanda 8 Noyabr - Zəfər Günü münasibətil

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsind

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Ağdamda sahəsi 14 500 kvadratmetr olan, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq. . xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatlarında deyib

İmişlidə qəzada ölən və xəsarət alan sərnişinlər ər-arvad imiş

İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, KIA markalı minik avtomobilini

Şəmkir-Gədəbəy yolunda qəza: Xəsarət alanlar var

Şəmkir-Gədəbəy avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə avtomobil yolunun Şəmkir rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində ik

Bu ölkədə cəmi iki faiz əhali vergi odəyir

Hindistanda əhalinin cəmi 2 faizinin vergi ödədiyi bildirilir. Ölkədə iqtisadi fəaliyyətin böyük hissəsinin qeyri-formal sektor çərçivəsində həyata keçirilməsi, kənd təsərrüfatının vergidən azad olması və vergi sistemindək

Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə sökünt

Dəm qazı can aldı

Gəncə şəhərində iki nəfər dəm qazından boğulub. Hadisə noyabrın 11-də qeydə alınıb. 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev və dostu 1987-ci il təvəllüdlü Tural Məmmədov kirayədə yaşadıqları H.Əliyev prospektində yerləşə


son xeberler yeni xeberler azerbaycan xeberleri maraqlı xəbərlər son.xabar son xəbərlər azərbaycanda hava haqqinda