Paytaxtda bəzi evlərin qiyməti bahalaşıb - Artım əhaliyə necə təsir edəcək?

Paytaxtda bəzi evlərin qiyməti bahalaşıb - Artım əhaliyə necə təsir edəcək?Məlum olduğu kimi, Prezident İlham Əliyevin göstərişinə əsasən paytaxtda daha 10 yeni metro stansiyasının inşasına başlanılacaq.
Metro stansiyaların inşası Bakıda ictimai nəqliyyatın inkişafına, tıxacın azalmasına səbəb olacaq. 
Bununla yanaşı inşa ediləcək metro stansiyaların ətrafında mənzillərin qiymətinin indidən bahalaşdığı deyilir.
Artıq bəzi ərazilərdə mənzillərini satışa çıxaran sakinlər hər kvadratmetrinə görə qiyməti 50 manat bahalaşdırıblar.
Bəs, sözügedən proses nə dərəcə doğrudur? Qiymət artımı əhaliyə hansı dərəcə təsir edə bilər?
Məsələ ilə əlaqədar Milli Məclisin deputatı Razi Nurullayev azxeber.com-a açıqlama verib.
Paytaxtda bəzi evlərin qiyməti bahalaşıb - Artım əhaliyə necə təsir edəcək?Deputat paytaxtda mənzil qiymətlərinin bahalaşmasına münasibət bildirib:
"Mənzillərin satış qiyməti reallığımızla uzlaşmır. Axı Bakı dünyanın maliyyə mərkəzlərindən biri deyil ki, ev qiymətləri bu qədər baha olsun. Bir çox məsələlərdə də süni faktorlar rol oynayır. Məsələn, indi oxuyuram ki, metro tikintisi üçün nəzərdə tutulan yerlərə yaxın evlər fantastik bahalaşıb. Amma, bahalaşmanın bir bazar etikası da olmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda bahalaşma məsələlərində etik çərçivələr və bazar münasibətləri əsas rol oynaya bilmir. Gərək bunu mütəxəssislər araşdırsınlar".
Deputatın fikrincə, ölkədə kütləvi şəkildə sosial evlərin tikintisinə ehtiyac var:
"Digər tərəfdən, tələb təklifi üstələyir. Ona görə də kütləvi şəkildə sosial evlərin tikintisinə ehtiyac var. Təklif edirəm ki, iş adamlarına güzəştli şərtlərlə həm bahalı, həm də nisbətən ucuz yerlərdə torpaqlar ayrılsın. Bahalı torpaqlarda tikib, bazar qiymətinə satsınlar, digər yerlərdə isə tikib 5 faiz maya dəyərindən artıq satsınlar. Bu şəkildə sosial ev problemi birdəfəlik həll oluna bilər. Həm də bu kütləvilik bütün şəhər və kəndləri gərək əhatə etsin".
Deputat həmçinin neft fondundan müəyyən vəsaitin ayrılmasını da təklif edərək deyib:
"Digər təklifim isə neft fondundan 1-2 milyard dollar vəsaitin ayrılması və bütün ərazilərdə kütləvi sosial evlərin tikilməsidir. Dövlət həm sosial ev problemini həll etmiş olar, həm də neft fond vəsaitini real iqtisadiyyata yatırmış olar. Bu elə tənzimlənməlidir ki, vətəndaş ayda 300-400 manat ödəməklə ev sahibi ola bilsin. Dövlət də buradan uzunmüddətli sərmayə kimi pul qazana bilər".
Görəsən, bu məsələ hüquqi kontekstdən necə müəyyənləşdirilib?
Hüquqşünas Roman Qaraşov məsələni azxeber.com-a şərh edib.
Paytaxtda bəzi evlərin qiyməti bahalaşıb - Artım əhaliyə necə təsir edəcək?Vəkilin dediklərinə görə, hər bir vətəndaşın əmlakı onun razılığı əsasında satıla və ya bağışlana bilər:
"Məlumat üçün bildirim ki, daşınmaz əmlakın alqı-satqısı adi qaydada həyata keçirilirsə, digər bir şəxsə və ya şirkətə satılarsa, əmlakın mülkiyyətçisi, yəni bu əmlak kimin adınadırsa, ayrı mülkiyyətdədirsə, hər bir payçının razılığı əsasında satıla bilər. Burada mülkiyyətçi tərəfindən hər hansı limitlər müəyyən olunmayıb ki, 10-15-20 faiz əmlakın qiyməti artsın. Bazar qiymətindən daha ucuz da satıla bilər, baha da satıla bilər. Buna hər hansı müdaxilə yoxdur. Təbii ki, aldadılma halları istisna olmaqla bu nəzərə alınır. Əmlakın qiyməti yalnız mülkiyyətçi tərəfindən təyin olunur. Dövlət tərəfindən qiymətlər tənzimlənmir. Lakin satılan əmlakla bağlı bəlli ərazi idarələrinə uyğun olaraq qiymətlər, rüsumlar müəyyən edilib. Bu baxımdan, müəyyən dövlət ödənişləri edilə bilər. Əmlakın dəyəri ilə əlaqədar hər hansı bir məhdudiyyət tətbiq olunmayıb ki, həmin əmlak baha yaxud ucuz qiymətə satılsın". 
R.Qaraşov əlavə edib ki, yalnız dövlət layihələri icra olunduqda vətəndaşın əmlakı ondan 20 faiz artıq olmaqla məcburi qaydada alına bilər:
"Dövlət proqramları və ya ehtiyacları üçün layihələr icra olunduqda isə bazar qiymətləri dəyərləndirilməklə sözügedən əmlaklar 20 faiz artıq olmaqla vətəndaşdan məcburi qaydada alına bilər. Əlbəttə ki, mübahisə faktoru varsa, məhkəmə yolu ilə baxıla bilər. Amma dövlətin hüququ var ki, həmin əmlakı ala bilsin və vətəndaşın da hüququ var ki, əmlakını 20 faiz də artıq qiymətləndirməklə sata bilsin. Bu özəl şirkətin, kommersiya layihəsidirsə, dediyim qaydalar həmin hallara tətbiq olunmur. Bir sözlə, məcburi qaydada heç kim əmlakından məhrum edilə bilməz".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda dərc edilib.
Paytaxtda bəzi evlərin qiyməti bahalaşıb - Artım əhaliyə necə təsir edəcək?

İqtisadiyyat       Tarix: 16 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR

Noyabrın 12-də Marsol Group partnyorları "Galvier Menswear" kişi geyimləri mağazasının açılış mərasimində iştirak ediblər. xəbər verir ki, tədbir işgüzar və səmimi atmosferdə baş tutub. Açılış mərasimində "Galvie

8 Noyabr – Zəfər Günü ilə əlaqədar Şəkidə "Qəhrəmanlar Bağı" layihəsi həyata keçirilib

Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında ağacəkmə aksiyaları həyat

"Dreamland Baku" "AIREX 2026" sərgisində - Fotolar

"Dreamland Baku" Azərbaycanın premium yaşayış, istirahət və investisiya imkanlarını beynəlxalq auditoriyaya təqdim edir. 4-6 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində ilk dəfə keçirilən Azərbaycan Beynəlxal

Qırmızı Ürəklər Fondundan "Zəfər Payı" xeyriyyə aksiyası

8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə "Zəfər Payı" xeyriyyə aksiyasını həyata keçirir. 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbü

Maaşın gizlədilməsinə dair yeni mexanizm tətbiq olunacaq

Azərbaycanda əmək haqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Report-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosia

"Marsol Zəfər Kuboku"nun qalibi bəlli oldu: "Birbank Biznes" 5-ci dəfə çempion oldu - FOTOLAR

4 noyabr tarixində Marsol Academy və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, "Techno Shop" şirkətinin baş sponsorluğu "Inch Mark" və "Sonifer" şirkətinin sponsorluğ

"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır

2027-ci ildə əmək pensiyalarının orta məbləğinin 639 manat, yaşa görə əmək pensiyasının orta məbləğinin isə 680 manat olacağı proqnozlaşdırılır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmə

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!  

Azercell-in 30 illik yubileyinə həsr olunan "30 il səninlə" lotereyası davam edir. Abunəçilərə dəyərli hədiyyələr qazanmaq fürsəti yaradan lotereya çərçivəsində fakturalı xətt abunəçiləri qarşıdakı tirajlarda ümumilikd


yeni xeberler son xeberler azerbaycan xeberleri hava durumu cebheden xeberler son xeberler azerbaycan son xeberler bugun