Paytaxtın dörd rayonunda işıq kəsiləcək - Ünvanlar
Sabah paytaxt və Lənkəranın bəzi ərazilərində aparılacaq təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
azxeber.com xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.
Məlumata görə, gecə saat 02:00-dan 04:00-dək Xəzər rayonunun Buzovna qəsəbəsində Məmməd Səid Ordubadi, Mirzəağa Əliyev küçələrində və "Qoşa Qala" restoranının arxa hissəsində elektrik enerjisi təchizatı müvəqqəti dayandırılacaq.
Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Əbdürrəhim bəy Haqverdiyev, İnşaatçılar, İsmayıl bəy Qutqaşınlı, Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov və Nazim Hikmət küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Nizami rayonunun Keşlə qəsəbəsində Nizami Abdullayev, Mirzə Ələkbər Sabir, Yenikənd, Mətləb Ağayev və 1-ci Köndələn küçələrinin bir hissəsində saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Sabunçu rayonunun Zabrat qəsəbəsində Mehdi Hüseynzadə, Nəsibə Zeynalova, Murad Mirzəyev, Aşıq Ələsgər, Hüseyn Cavid, Şövkət Əhmədov və Köhnə Tramvay küçələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
Qurumdan bildirilib ki, aparılan yenidənqurma və təmir-bərpa işləri yekunlaşdıqdan sonra adı çəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər