Paytaxtın strateji yolunda ciddi TƏHLÜKƏ

Paytaxtın strateji yolunda ciddi TƏHLÜKƏBakının əsas nəqliyyat arteriyalarından biri olan Xocasən–Sədərək ticarət mərkəzi istiqamətində magistral yol ciddi problemlərlə üz-üzədir. Yolun müxtəlif hissələrində yaranmış dərin çuxurlar, deformasiyalar və asfalt örtüyünün dağılması həm sürücülər, həm də ümumilikdə nəqliyyat axını üçün real təhlükəyə çevrilib.
KONKRET.az xəbər verir ki, bu barədə Musavat.com-a sözügedən yoldan istifadə edən sürücülər məlumat veriblər. Sürücülər gediş-gəlişdə çox əziyyət çəkdiklərini, maddi ziyana düşdüklərini və hər an təhlükələrlə üz-üzə qaldıqlarını iddia edirlər və müvafiq qurumlardan yolun dağılan hissələrinin təmir olunmasını xahiş edirlər: "Yolun bəzi hissələrində çuxurlar o qədər dərinləşib və eninə böyüyüb ki, sürücülər qəfil manevr etməyə məcbur qalır. Bu isə nəqliyyat vasitələrinin zədələnməsi ilə yanaşı, zəncirvari qəza riskini də artırır. Xüsusilə gecə saatlarında və ya yağışlı havada vəziyyət daha təhlükəli xarakter alır. Sürücülər çuxurları vaxtında görə bilmir, nəticədə həm maddi ziyan, həm də həyat üçün risk yaranır".
Qeyd edək ki, Xocahəsən – "Sədərək" magistralı təkcə paytaxtın daxili hərəkətini təmin etmir. Eyni zamanda, iri ticarət mərkəzlərinə çıxışı olan, yük daşımalarının intensiv həyata keçirildiyi strateji əhəmiyyətli bir xətdir. Sutka boyu yüzlərlə, bəzən minlərlə yük avtomobili bu istiqamətdən istifadə edir. Bu yol ölkədaxili ticarət və logistika baxımından mühüm əhəmiyyət daşıyan bir xəttdir. Belə bir yolun yararsız vəziyyətə düşməsi artıq təkcə narahatlıq yox, iqtisadi və təhlükəsizlik problemi kimi qiymətləndirilir. Ona görə də məsələ yalnız sürücülərin narazılığı ilə məhdudlaşmır. Bu, artıq ictimai təhlükəsizlik, iqtisadi səmərəlilik və şəhər infrastrukturunun dayanıqlılığı məsələsidir.

Hadisə       Tarix: 27 mart 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Biləsuvarda ağır yol qəzası olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-c

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

Bakının əsas prospekti buna görə iflic oldu

Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Türkiyədə mikroavtobus aşıb, 20-dən çox insan xəsarət alıb

Türkiyənin Afyonkarahisar vilayətində işçiləri daşıyan mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb. "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD), təcili tibb

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla

Tanınmış futbolçu faciəvi şəkildə öldü

Rusiyanın Barnaul şəhərinin "Polimer" futbol klubunun hücumçusu Daniil Vinter yol qəzasında ölüb. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə oktyabrın 15-də axşam saatlarınd

Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi

Bərdə Rayon Mərkəzi Xəstəxanasında qeyri-tibb işçisi (sanitar qadın) pasiyentə qarşı fiziki şiddət göstərib. xəbər verir ki, sanitar köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döyüb. Bildirilib ki


yeni xeberler azerbaycan xeberleri son xeberler havanın temperaturu xəbər son xeberler bugun 2026 muharibe sou biznes