Pediatr xəbərdarlıq etdi - Bu xalq deyimi yalandır

Pediatr xəbərdarlıq etdi - Bu xalq deyimi yalandırÖtən gün Daşkəsəndə 1 yaş 6 aylıq qız uşağı qızdırmadan vəfat edib. Bundan əvvəl, iyul ayında Şəmkirdə 1 yaşlı körpə yüksək hərarətdən keçinmişdi. Oxşar hal 2026-nın başlanğıcından bir neçə də təkrarlanıb. Halbuki xalq arasında yayılan deyimə görə, böyüklərlə müqayisədə körpələr istənilən qızdırmaya daha dözümlüdür.
Bəs bu deyimin həqiqət payı nə qədərdir?
Məsələ ilə bağlı pediatr Xəyalə Quliyeva Demokrat.az-a açıqlama verib.
O deyib ki, körpələrin istənilən qızdırmaya dözdüyü fikri tamamilə yanlışdır:
"Belə yanaşma doğru deyil. Əksinə, körpə yaşlı uşaqlarda qızdırma nəticəsində febril qıcolmalar baş verə bilər. Buna görə də, xüsusilə 2 yaşa qədər körpələrdə bu hal daha ciddi nəzarət altında saxlanılmalıdır. Əslində, qızdırma orqanizmin müdafiə reaksiyasıdır. Burada əsas məsələ qızdırmanı yaradan səbəbi müəyyənləşdirməkdir. Çünki uşaqlarda qızdırmaya səbəb olan amillər müxtəlif ola bilər. Məsələn, bronxiolit, bronxit, pnevmoniya, mədə-bağırsaq infeksiyaları, rotavirus və digər infeksion xəstəliklər, eləcə də günvurma qızdırmaya səbəb ola bilər. Yəni bu xəstəliklərin hamısında hərarət müşahidə olunur".
O bildirib ki, buna görə də ilk növbədə hərarətin səbəbini aydınlaşdırmaq lazımdır:
"Ümumiyyətlə, 38 dərəcəyə qədər olan hərarətə müdaxilə edilmir. Bəs hansı halda müdaxilə olunur? Əgər uşaq daha əvvəl temperatur səbəbindən febril qıcolma keçiribsə, bu zaman artıq 37,5 dərəcədən etibarən müdaxilə olunur. Lakin uşaq əvvəllər febril qıcolma keçirməyibsə, 38 dərəcəyə qədər heç bir müdaxilə tələb olunmur. Amma temperatur 38 dərəcəni keçdikdən sonra mütləq dərman verilməlidir. Burada "qızdırmadan öldü" kimi bir anlayış yoxdur. Ölümə səbəb olan qızdırmanın özü deyil, qızdırmanı yaradan əsas xəstəlik ola bilər. Məsələn, meningit, ensefalit və digər ağır xəstəliklər ölümə səbəb ola bilər. Yəni qızdırma özlüyündə ölüm yaradan bir hal deyil. Sadəcə bu, cəmiyyət arasında yayılmış bir mifdir. Əsas diqqət qızdırmanı yaradan səbəbin araşdırılmasına yönəlməlidir". / azxeber.com

Sosial       Tarix: 04 iyul 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər

Azərbaycanda rəsmi iş yeri və stabil gəliri olan şəxslərin belə banklardan kredit ala bilməməsi vətəndaşlar arasında tez-tez narazılıq doğuran məsələlərdəndir. Bir çox hallarda insanlar maaş kartı ilə işlədiklərini və daim

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanınd

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

Stresə qarşı ən yaxşı vasitə açıqlandı

Sakitləşdirici fortepiano melodiyaları stresdən sonra orqanizmin bərpasına yağış, çay və şəlalə səslərindən daha tez kömək edə bilər. Bu musiqi əhvali-ruhiyyəni yaxşılaşdırır, ürək döyüntülərinin tezliyini və tərləməni azaldır


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən görüntüleri sonxəbərlər xeberler bugun sonxeberler