Pekin-2022: Çin ABŞ-ı geridə qoydu
Qış Olimpiya Oyunlarının ev sahibi – Çin idmançıları bu gün daha bir qızıl medal qazanıb və medal sıralamasında ABŞ-ı qabaqlayaraq üçüncü yerə yüksəlib. Hazırda Çin komandasının aktivində 9 qızıl, 4 gümüş və 2 bürünc medal var.
KONKRET.az xəbər verir ki, yarışların başa çatmasına bir gün qalmış Norveç yığmasının medal cədvəlində liderliyi davam edir. Hesabında 15 qızıl, 8 gümüş və 12 bürünc medal olan Norveç komandasının yarışları birinci pillədə başa vuracağı artıq şübhə doğurmur. Belə ki, onun ən yaxın izləyicisi – Almaniya yığması hələlik 11 qızıl, 8 gümüş və 5 bürünc medala sahibdir. Dördüncü yerdə 8 qızıl, 9 gümüş və 7 bürünc medalla ABŞ komandası qərarlaşıb. İlk beşliyi İsveç komandası tamamlayır (8,5,5).
Yarışlarda indiyədək yalnız 29 ölkə medal qazana bilib.
Xatırladaq ki, "Pekin-2022" Qış Olimpiya Oyunlarında 91 ölkədən 2800-dən çox idmançı iştirak edir. Onlar idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparırlar.
Olimpiada sabah yekunlaşacaq. Oyunların bağlanış mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu