Pekin-2022: İdmançımızın çıxış sırası bəlli oldu

Pekin-2022: İdmançımızın çıxış sırası bəlli olduAzərbaycanı Pekin-2022 Qış Olimpiya Oyunlarında təmsil edən fiqurlu konkisürən Yekaterina Ryabova buz üzərinə fevralın 15-də 24-cü sırada çıxacaq.
KONKRET.az xəbər verir ki, Ryabovanın sıra nömrəsi püşkatma nəticəsində müəyyənləşib. Siyahıda ümumilikdə 30 idmançı yer alıb. 19 yaşlı konkisürən qadınlar arasında qısa proqramla çıxışda ən yaxşı 24 iştirakçı arasına düşə bilsə, fevralın 17-də keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq. Həmin gün idmançılar sərbəst proqramla mübarizə aparacaqlar. Yarış "Capital Indoor Stadium"da keçiriləcək.
Ryabovanın əsas rəqiblərindən biri komanda yarışında Rusiya Olimpiya Komitəsinin təmsilçisi kimi qızıl medal qazanmış Kamilə Vəliyeva olacaq. O, püşkə əsasən, 26-cı sırada çıxış etməlidir. Lakin Vəliyevanın dopinq-testi müsbət çıxdığından, Beynəlxalq Olimpiya Komitəsi İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya verib. Şikayət üzrə dinləmələr bu gün Bakı vaxtı ilə saat 16:30-da başlanacaq. Qərar isə fevralın 14-də günün ikinci yarısında açıqlanacaq. Dopinqdən yararlandığı təsdiqlənəcəyi təqdirdə, Vəliyeva iştirakçılar siyahısından çıxarılacaq.
Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub.

İdman       Tarix: 13 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər 2026 cəbhədən son xeber sonxabar az