Pelenin karyerasında "Fənərbaxça" İZİ – "Qara mirvari" İnönü stadionunu necə ayağa qaldırıb? - FOTOLAR

Pelenin karyerasında İdmansevərlərin fikrincə, planetin ən yaxşı futbolçusu olan Pele Braziliya Milli Komandası ilə karyerasına sığışdırdığı 3 dünya çempionatı, klub və fərdi uğurları ilə iz qoyaraq həyatla vidalaşıb.
KONKRET.az xəbər verir ki, gənclik illərində kafelərdə ofisiant işləyən və müəyyən yaşa qədər futbol topu belə olmayan Pele yaşıl meydanlara ilk addımını "Bauru Athletic Club" ilə atıb və 1954-1956-cı illərdə Sao Paulo Gənclərin Ştat Çempionatında ardıcıl 3 dəfə çempion olub.
Məşqçisi Valdemar de Brito tərəfindən "Santos" klubuna aparılan Pelenin uğurlu karyerası 1956-cı ildə ilk peşəkar müqaviləsini orada imzalaması ilə başlayıb. Cəmi 16 yaşında ikən "Santos"da oynadığı il ərzində ən çox qol vuran Pele "Real Madrid", "Yuventus" və "Mançester Yunayted"dən transfer təklifləri alsa da, onu "milli sərvət" kimi qələmə verən Braziliya hökuməti komandadan ayrılmasına icazə verməyib. Komandada işlədiyi 19 il ərzində Pele 10 dövlət və 6 liqa, iki Libertadores Kuboku və Qitələrarası Kubok qazanıb.
1958-ci ildə İsveç, 1962-ci ildə Çili və 1970-ci ildə Meksikada keçirilən dünya kuboklarını "Sambaçılar"la 3 dəfə qazanan Pele qurumda 3 kuboka sahiblənən yeganə oyunçu kimi tarixə düşüb. "Qara mirvari" ləqəbli Pele 1957-1971-ci illərdə Braziliya millisinin heyətində 92 dəfə çıxış edib və 77 qol vurub. Pele "Santos"dan ayrıldıqdan sonra futbolçu karyerasını Amerika qitəsində davam etdirib. 1975-1977-ci illər arasında ABŞ liqa komandalarından olan "New York Cosmos"da mübarizə aparan əfsanəvi braziliyalı oyunçu liqa çempionluğunu qazanıb.
Əfsanəvi Pele futbolçu karyerasından sonra ölkəsində idman naziri, FİFA və "Santos"un futbol səfiri, "New York Cosmos"un fəxri sədri, Birləşmiş Millətlər Təşkilatı və YUNESKO-nun xoşməramlı səfiri vəzifələrində çalışıb. "Qara mirvari", "Futbol kralı", "Kral Pele" ləqəbli əfsanəvi futbolçu min qol həddini aşan oyunçulardan biri olub. Pele 1363 oyunluq karyerasında 1279 qol vuraraq Ginnesin Rekordlar Kitabına düşüb. 1969-cu ildə Kolumbiyada keçirilən oyunda Pele hakimlə mübahisədən sonra meydandan qovulub. Lakin polis baş verənlərdən qorxduğu üçün Pele dərhal oyuna qaytarılıb. Bu hadisədən sonra hakim oyunu tərk edib. Pele heç bir olimpiadada iştirak etməsə də, Qiymət Komitəsi onu "Əsrin idmançısı" adlandırıb.1959-cu ildə Pele bir mövsümdə 129 qol vuraraq öz rekordunu yeniləyib.
82 yaşında dünyasını dəyişən əfsanəvi futbolçu uğurla dolu karyerasında Türkiyə komandalarından yalnız "Fənərbaxça"ya rəqib olu. 1972-ci ildə İnönü stadionunda keçirilən matçda Pelenin formasını geyindiyi "Santos" sarı-göyləri 6-1 hesabı ilə məğlub edib. Qarşılaşmanın 35-ci dəqiqəsində Pele qolu ilə meydanı ayağa qaldırmağı bacarıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az  

İdman       Tarix: 30 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada

FIFA prezidenti Canni İnfantino, U-15 dünya çempionatı və turnirinin Təşkilat Komitəsinin sədri Samir Şərifov və AFFA prezidenti Rövşən Nəcəf mundialın ilk oyun günü çərçivəsində Hövsan Yarış Kompleksini ziyarət ediblər

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

"Real"ın oyunu azərbaycanlı referiyə tapşırıldı

Azərbaycanın FİFA referisi Kamal Umudlu UEFA-dan yeni təyinat alıb. AFFA-dan -a verilən məlumata görə, o, Gənclər Liqasının liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real Madrid" (İspaniya) oyunun

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun 2026 apa.az xeberler maliyye xeberler bugun son xeber 2026