Pensiya alanlara şad xəbər: vəsait artırılır
2022-ci ilin dürüstləşdirilmiş büdcə layihəsində pensiyaların maliyyələşdirilməsi üçün ayrılan vəsaitin məbləği 2022-ci ildə təsdiqlənmiş büdcəsinin göstəriciləri ilə müqayisədə 6 %, 2021-ci ilin büdcəsi ilə müqsyisədə isə 15 % artımla nəzərə alınıb.
azxeber.com Trend-ə istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini qeyd edib ki, Prezidentin fərman və sərəncamları ilə ümumi şərtlərlə pensiya alan 1,1 milyon pensiyaçının ödənişləri indeksasiya olunub, əlavə olaraq 200 manat məbləğində maddi yardım müəyyən edilib: "Xüsusi şərtlərlə pensiya alan pensiyaçıların ödənişləri isə 10 % indeksasiya olunub. Bu sosial dəstək tədbirlərinin ümumi maliyyə tutumu 440 milyon manat məbləğindədir.
O bildirib ki, fərdi uçot və pensiya sistemində aparılan sağlamlaşdırma tədbirləri, habelə məhkəmə çəkişmələrində nəzarətin gücləndirilməsi nəticəsində mənimsənilməsinin qarşısı alınmış vəsaitin həcmi indeksasiya əmsalları tətbiq edilmədən 711 milyon manat, indeksasiya tətbiq edilməklə 790 milyon manat təşkil edir.
Xidmetler [newsid: 0-123300]

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək