Pensiyalarla bağlı şad xəbər - 483 AZN və 510 AZN

Pensiyalarla bağlı şad xəbər - 483 AZN və 510 AZN"Həssas qrupdan olan insanların maddi rifah halının yaxılaşdırılması, həmin şəxsləri infilyasiyanın təsirlərindən qorumaq, habelə onların tibbi-sosial reabilitasiyasının və sanator-kurort müalicəsinin davamlı və keyfiyyətli təşkil edilməsi məqsədilə sosial ödənişlər mütəmadi artırılmalıdır".
Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin noyabrın 14-də keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında" qanun layihəsi barədə danışarkən deyib.
Komitə sədri bildirib ki, fondun büdcə layihəsinin vahid büdcə təsnifatına uyğun tərtib edilməsi məqsədilə vahid büdcə təsnifatının təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülməli, pensiya sistemi üzrə sığorta prinsiplərinin, habelə elektron innovativ həllərin tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməlidir.
M.Quliyev qeyd edib ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2023-cü ildə 436 manat təşkil edəcəyi gözlənilir, 2024-cü ildə isə 483 manat olacağı proqnozlaşdırılır:
"Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 466 manatdan 50 manat artaraq - 516 manata, əlilliyə görə pensiyanın orta aylıq məbləğinin cari ilin sonuna gözlənilən 367 manatdan 43 manat artaraq - 410 manata, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə cari ilin sonuna gözlənilən 407 manatdan 47 manat artaraq - 454 manata yüksəlməsi proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqı məbləğinə nisbəti müvafiq olaraq 46,8% və 49,3% olmaqla Avropa Sosial Xartiyasının tələblərinə cavab verəcək".
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 919,9 milyon manat proqnozlaşdırılır. Bu cari ilin büdcəsinə nisbətən 651,9 milyon manat və ya 10,4% çoxdur".
///Report

İqtisadiyyat       Tarix: 14 noyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda ən çox qazananlar bu sahələrdə çalışır

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Trend-ə istinadla xəbər veri

"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir

"AzərsunHoldinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir. Ölkəmizdə ərzaqtəminatının gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə töhfəverən "Azərsun Holdinq" yerli fermerlərdə

İCMA Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda təmsil olunub

5–6 noyabr tarixlərində Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə IV QHT Əməkdaşlıq Forumu keçirilib. "Şəhərsalma və Memarlıq İli"nə həsr olunan forumda ölkəni

Bəzi məhsullar bahalaşıb - Siyahı

2026-cı ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-oktyabr aylarına nisbətən 5,6 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 faiz, qeyri-qida məhsulları üzr

Azercell və AKM "FireWall 2026" hakatonuna start verir

Azercell və IRIA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsində yeni istedadların aşkar edilməsi və inkişafının dəstəklənməsi məqsədil

Azercell 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

"Süni İntellektlə Müasir Məktəb" (SIMM) layihəsi çərçivəsində Gəncə və Xankəndidə müəllimlər üçün təcrübi təlim sessiyaları təşkil olunub. Təlimlərdə 18 məktəbdən 100 müəllim iştirak edib. Layihəyə müəllimlər tərəfində

Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşilli

8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?

Azərbaycanda son illərdə həyata keçirilən sosial islahatlar əməkhaqqı, pensiya və müavinətlərin artırılması ilə müşayiət olunub. Xüsusilə 2018-ci ildən etibarən bu istiqamətdə bir neçə genişmiqyaslı sosial paket reallaşdırılıb

Zəfər Günü ərəfəsində Yelo Bank komandası 1 milyon ağac hədəfinə qoşuldu - FOTOLAR

Yelo Bank ətraf mühitin qorunmasına yönəlmiş layihələrdə iştirakını davam etdirir. Belə ki, bank Zəfər Günü ərəfəsində, noyabrın 4-də Abşeron rayonunun Müşfiqabad qəsəbəsində Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığ


azerbaycan xeberleri son xeberler yeni xeberler apa.az xeberler iqtisadiyyat xeberleri bugun butun xeberler son xəbərlər azərbaycanda