Pensiyasını dəyişmək istəyənlərə VACİB XƏBƏR

Pensiyasını dəyişmək istəyənlərə VACİB XƏBƏRPensiyanın hər üç növü - yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalar üzrə sığorta göstəricilərinə əsaslanan ayrıca hesablanma qaydaları mövcuddur. Eyni zamanda, vətəndaşın bu pensiya növlərindən bir neçəsini almaq hüququ varsa, o, öz seçimi ilə bir pensiya növündən digərinə keçə bilər.
azxeber.com xəbər verir ki, bunu DOST TV-də yayımlanan "Sosial saat" verilişində Dövlət Sosial Müdafiə Fondunun Pensiya və digər sosial ödənişlər üzrə təminat departamentinin müdiri Eyvaz İsmayılov bildirib.
O qeyd edib ki, əlilliyə görə pensiya alan şəxs yaşa görə pensiyaya, yaşa görə pensiya alan şəxs ailə başçısını itirməyə görə pensiyaya, yaxud əksinə, ailə başçısını itirməyə görə pensiya alan şəxs yaşa və ya əlilliyə görə pensiyaya keçmək hüququna malikdir:
"Pensiya növlərinin hesablanma qaydaları fərqli olduğundan, bir növdən digərinə keçid zamanı vətəndaşın mövcud sığorta göstəriciləri əsasında yenidən hesablanma aparılır. Məsələn, əlilliyə görə pensiya alan şəxs yaşa görə pensiyaya keçmək istədikdə, onun yaşa görə pensiya hüququ və məbləği yenidən müəyyənləşdirilir.
Əgər yeni hesablanmış yaşa görə pensiyanın məbləği vətəndaşın hazırda aldığı əlilliyə görə pensiyadan yüksəkdirsə, həmin pensiya növünə keçid məqsədəuyğun hesab olunur və pensiya bu əsasla təyin edilir. Əks halda, vətəndaş daha yüksək məbləğli pensiyanı seçmək hüququnu saxlayır".
Departament müdiri onu da diqqətə çatdırıb ki, praktikada nəzərə alınmalı vacib məqamlardan biri də pensiyaların hər il indeksləşdirilməsidir:
"Pensiya təyin edildikdən sonra onun məbləği indeksasiya yolu ilə artırılır. Məsələn, şəxs uzun müddət əvvəl əlilliyə görə pensiyaya çıxıbsa, həmin pensiya illər ərzində indeksləşdirilərək artırılıb. Lakin o, sonradan yaşa görə pensiyaya keçərsə, yeni təyin olunan pensiya üzrə indeksləşmə yalnız həmin pensiyanın təyin edildiyi tarixdən sonrakı dövr üçün tətbiq olunacaq.
Bu səbəbdən bəzi hallarda əlilliyə görə pensiyanın məbləği yaşa görə hesablanmış pensiyadan daha yüksək ola bilər və vətəndaş pensiya növünü dəyişməyi məqsədəuyğun hesab etməyə bilər. Bununla belə, qanunvericiliyə əsasən, vətəndaşın bir pensiya növündən digərinə keçməsinə hər hansı məhdudiyyət qoyulmayıb. Şəxs istənilən vaxt müraciət edərək pensiyasının növünün dəyişdirilməsini tələb edə bilər", - deyə E.İsmayılov əlavə edib.

İqtisadiyyat       Tarix: 17 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib. Bu barədə -a nazirlikdən məluma

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeberler azerbaycan xabarlar valyuta məzənnələri xeberler bu gun