Pensiyaya çıxanlara ŞAD XƏBƏR - Bundan sonra

Pensiyaya çıxanlara ŞAD XƏBƏR - Bundan sonraNazirlər Kabineti 28 aprel 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar pensiya təyinatı tarixinə qədər nəzərə alınacaq.
Bəs yeni qanunun hansı əhəmiyyəti var?
Məsələ ilə bağlı Referans.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bu dəyişikliyin bir çox pensiyaçıya müsbət təsirləri olacaq.
"Pensiyaların hesablanması ilə bağlı bir neçə dəfə dəyişikliklər olmuşdu və bu zaman təqribən 2017-ci ildən bəri təqaüdə çıxanlarda pensiyanın yenidən hesablanması ilə bağlı bəzi problem yaşanırdı. İndi yeni qaydaya görə, onların pensiyasını yenidən hesablamaq mümkün olacaq. Çünki minlərlə insan şikayət edirdi ki, onların pensiyası doğru hesablanmır. Həm təqaüd yaşının artırılması ilə bağlı, həm də minimum təaqüd artarkən Sosial Müdafiə Fonduna ödənişlərin minimum hissəsi də artır. Əvvəllər bu rəqəm 34 min idi. İndi isə 40 min 350 manat olub".
İqtisadçı bildirib ki, həmin dövrdə, yəni son bir neçə ildə pensiyaya çıxanlarla bağlı problemlər yaşanırdı. Onun sözlərinə görə, onların pensiyalarının hesablanması düzgün olmurdu və narazılıqlar yaranırdı: "Yeni qaydalar isə həmin şəxslərin pensiyalarının yenidən hesablanmasına imkan yaradır və bu da müsbət bir haldır. Sadəcə ümid edək ki, onların pensiyaları qanunvericiliyə uyğun hesablanacaq və onlara bu günə qədər dəymiş ziyan yenidən geri ödəniləcək. Əgər bu baş verərsə, minlərlə insan öz pensiyasında artım hiss edəcək". / azxeber.com

Sosial       Tarix: 10 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Ağdamda sahəsi 14 500 kvadratmetr olan, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq. . xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatlarında deyib

İmişlidə qəzada ölən və xəsarət alan sərnişinlər ər-arvad imiş

İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, KIA markalı minik avtomobilini

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü

Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş. -a istinadən xəbər verir ki, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənli

Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb

Cəlilabad rayonunda azyaşlının ölümü ilə nəticələnən hadisə baş verib. -a istinadən xəbər verir ki, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Məlumata görə, 10 yaşlı A.Y. yüksək hərarət səbəbindən qıcolma keçirərə

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

17 yaşlı Zeynəb Xudiyeva qəfil ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb 8 il əvvəl anasını, üç ay əvvəl isə atasını itirib. Valideynlərinin vəfatından sonra qohumlarının himayəsində yaşayan gən

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib. -un xəbərinə görə, bu barəd

Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan

Mustafa Kamal Atatürkün mirasından sui-istifadə edənlər onilliklər ərzində bu millətə yuxarıdan aşağı baxdılar. Qazinin fikirlərini öz siyasi məqsədlərinə uyğunlaşdırmaq üçün təhrif edərək, bu millətə ən böyük ziyanı vurdular

Gəncədə qəza olub, xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Toyota" markalı avtomobillə digər avtomobil toqquşub. Qəza zamanı 1981-ci il təvəllüdlü E. Əsədullayev, 1989-c

Dəm qazı can aldı

Gəncə şəhərində iki nəfər dəm qazından boğulub. Hadisə noyabrın 11-də qeydə alınıb. 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev və dostu 1987-ci il təvəllüdlü Tural Məmmədov kirayədə yaşadıqları H.Əliyev prospektində yerləşə


son xeberler yeni xeberler azerbaycan xeberleri maşın realiti şou meherremlik 2026 cəbhədən canlı sonxeber.az