Perenciyev: "Rusiya ermənilərin revanşizminə imkan verməyəcək" - VİDEO
Perenciyev: "Rusiya ermənilərin revanşizminə imkan verməyəcək" - VİDEO
"Rusiya Zabitləri" ekspert şurasının üzvü Alexandr Perenciyev Ermənistanın Dağlıq Qarabağda saxta təxribatyönümlü görüş keçirmələrindən danışıb. Rusiyalı mütəxəssisin fikrincə, İrəvanda uydurma "Artsax" əfsanəsi davam edir.
Ermənistanın müharibədə məğlub olması, daxili və xarici siyasətin ideoloji əsaslarının yenidən nəzərdən keçirilməsinə səbəb olmalı idi. Lakin praktiki olaraq, biz bunun əksini görürük.
Ermənistanda revanşizm ideologiyası hələ də davam etdirilməkdədir.
Bu fikirlə Plexanov adına Rusiya İqtisad Universitetinin Siyasi Elmlər və Sosiologiya kafedrasının dosenti, "Rusiya Zabitləri" ekspert şurasının üzvü Aleksandr Perenciyev də razıdır:
"Ermənilərin "Qondarma Dağlıq Qarabağ Respublikası" adlı "fake"i dəstəkləməyə çalışmaları gülüncdür. Məhz bu səbəbdən orada "nazirlər" təyin olunur və saxta ziyarətlər keçirilir.
Yerevan qondarma respublikanın guya hələ də mövcud olduğunu nümayiş etdirməyə çalışır. Azərbaycan torpaqlarının işğalı bir növ separatçı hərəkat adı altında həyata keçirilib.
Ermənilərin "Artsax" adlı oyunu hələ də davam edir. İrəvan oraya necə "nazirlər" təyin edə bilər? Bu, birmənalı şəkildə onu göstərir ki, hətta de-fakto olaraq Dağlıq Qarabağ üçün müstəqillik haqqında danışmağa dəyməz.
Ermənilərin bu addımı təxribatdır, aranı qızışdırmaq üçündür. Hətta onlar tərəfdən ölüm olsa belə, Rusiya ilə Azərbaycanı qarşı-qarşıya qoymaq niyyətindədirlər. Ermənistan intiqam almağa hazır deyil və heç vaxt buna hazır olmayacaq, çünki Rusiya əsgərləri onların qarşısında dayanacaq. Rusiya ermənilərin revanşizminə imkan verməyəcək. Bu 100 faiz belədir artıq".
Daha ətraflı Baku TV-nin videosüjetində:
/oxu.az
f PaylaşTezbazar.az elanlar sayti [newsid: 0-123300]

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu