Peskov: "Zelenskinin ABŞ səfəri heç nəyi dəyişməyəcək" - 2 Vladimirin 2 FƏRQLİ PLANI

Peskov: "Ukrayna Prezidenti Vladimir Zelenskinin Vaşinqton səfəri, Co Baydenlə görüşü Kiyevin Rusiya ilə danışıqlar mövqeyini dəyişməyəcək".
KONKRET.az xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov bu qənaətdədir. Onun fikrincə, pozitiv heç nə gözləməyə dəyməz, çünki Ukraynaya silah təchizatı davam edir.
Həqiqətən də Moskva Ukrayna ilə danışıqlara açıq olduğunu dəfələrlə təkrarlayıb. Sadəcə, Putinin niyyəti və Zelenskinin vədi dəyişməyib:
– Vladimir Putinin niyyəti odur ki, Kiyev hökuməti Rusiyanın özünə birləşdirdiyi ərazilərin itkisi ilə barışsın;
– Zelenskinin isə vədi ondan ibarətdir ki, Ukraynanın ərazi bütövlüyünü bərpa etsin.
Etdiklərinə tarixi bəraət qazandırmaq istəyən Putin əsas davası Krımdır:
– Onun fikrincə, yarımadanı Ukrayna SSR-ə Xruşşov birləşdirib. Belə çıxır ki, Pyotr yolunu gedən Putin Krımı geri qaytara bilər. Əgər SSRİ qərarları ləğv olunursa, onda Azərbaycan da Zəngəzurun Ermənistana birləşdirilməsinə qarşı çıxmalıdır. Sadəcə, BMT çərçivəsində tanınan beynəlxalq sərhədlər var və biz bunu pozmaq istəmirik. Yoxsa İrəvanın ermənilərə paytaxt verilməsinin də 100 illiyi 4 ildir ki, bitib. Yəni beynəlxalq sənədlərin ömrü 99 il olduğundan İrəvan iddiasını da qaldırmaq olar. Beynəlxalq normalarına hörmət və müasir reallıqlar buna imkan vermir. Amma Kremlin həyata keçirdiyi müharibə beynəlxalq hüququn aşkar pozulmasıdır. Yəni tarix əsas götürülürsə, Rusiya maksimum Moskva boyda olmalıdır.
Müharibə başlayanda rus ekspertlər Ukraynadakı savaşın Azərbaycanın 44 günlük rekordunu vuracağını, itkilərin qat-qat az olacağını, Zelenskinin 1-2 həftəyə kapitulyasiyaya imza atacağını tirajlayırdılar:
a) Müharibənin 1 ilinin tamam olmasına 2 ay qalıb;
b) Rusiyanın itkiləri qat-qat çoxdur;
c) Zelenski təslim olmadı və bu gedişlə Kreml təslim olacaq.
Dekabrın 20-də yayılan xəbərə görə, NATO Rusiyanı 3 günə məhv etmək iqtidarındadır. Yəqin Zelenski Baydenlə elə bunu dəqiqləşdirməyə yollanıb. Gözləyək.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Siyasi       Tarix: 22 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbər valyuta mezennesi iqtisadiyyat xeberleri bugun son.xabar