Pezeşkian onları nazir görmək istəyir - İran prezidentinin parlamentə təqdim etdiyi SİYAHI

Pezeşkian onları nazir görmək istəyir - İran prezidentinin parlamentə təqdim etdiyi SİYAHIİran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin üzvlərini siyahısını parlamentə təqdim edib.
KONKRET.azxəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, Məsud Pezeşkian İran Konstitusiyasının 133-cü maddəsinə əsasən, hökumət üzvlüyünə etimad etdiyi şəxslərin siyahısını parlamentin sədri Məhəmmədbaqer Qalibafa təqdim edib.
Siyahını diqqətinizə çatdırırıq:
Əlirza Kazemi təhsil naziri, Səttar Haşemi əlaqələr və informasiya texnologiyaları naziri, höccətülislam Seyid İsmayıl Xatib ETTELAAT naziri, Abdul Naser Hemmati iqtisadiyyar və maliyyə naziri, Seyid Abbas Əraqçi xarici işlər naziri, Məhəmmədreza Zəfərqandi səhiyyə, müalicə və tibbi təhsil naziri, Əhməd Midari əmək və sosial təminat naziri, Qulamrza Nuri Kazalce kənd təsərrüfatı naziri, Amin Hüseyn Rəhimi ədliyyə naziri, Fərzanə Sadeq Malvacard yol və şəhərsalma naziri, Məhəmməd Atabek sənaye, dağ mədən hasilatı və ticarət naziri, Hüseyn Simai Saraf elm, araşdırma və texnologiya naziri, Seyid Abbas Salehi mədəniyyət və islam irşad naziri, İsgəndər Mömini daxili işlər naziri, Məhəmməd Reza Salehi Amiri mədəni irs və turizm naziri, Möhsün Pahnejad neft naziri, Abbas Əliabadi energetika naziri və Əhməd Dünyamalı idman və gənclik naziri.
Bildirilib ki, Seyid Abbas Əraqçi, Seyid Abbas Salehi, Abdul Naser Hemmati, Seyid Reza Amiri və Hüseyn Simai Saraf islahatçı sayılan prezident Həsən Ruhani hökumətində, Amin Hüseyn Rəhimi, Abbas Əliabadi və Seyid İsmayıl Xətib həlak olmuş prezident İbrahim Rəisinin başçılıq etdiyi Nazirlər Kabinetində prezident müxtəlif vəzifələr tutub. Məlumata görə, kabinet üzvlərinin orta yaşı 59 il 7aydır. Seyid Səttar Haşemi və Fərzanə Sadek 47 yaşla hökumətin ən gənc, 66 yaşlı Naser Hemmati isə hökumətin ən yaşlı üzvləridirlər.
Bundan sonra təqdim olunan şəxslərə parlamentdə etimad səsverməsi keçiriləcək.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 12 avqust 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Vyetnam mediası Prezident İlham Əliyevin Hanoya noyabrın 19-da başlayan səfərinə böyük diqqət ayırıb. xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasını

Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. Qeyd edək ki, "Azərbaycan Respublikası il

Trampdan İran açıqlaması: Yanvarın 1-dən sonra

Qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra onlar (İran-red) nə olacağını görəcəklər. xəbər verir ki, bunu "Foks Nyus" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barəd

Ermənilərə pasport paylanır – Üzərində doğum yeri Azərbaycan…

Ermənistanda noyabrın 1-dən tətbiq edilən yeni biometrik pasportların verilməsi proseduru Qarabağdan köçən ermənilərin narazılığına səbəb olub.                                                        . xəbər verir ki, Qarabağ

Trampdan İrana xəbərdarlıq: Çox ciddi yanaşırıq

Hər hansı bir hücum olacağı təqdirdə, İran heç bir ölkənin indiyədək ödəmədiyi qədər ağır bədəl ödəyəcək. KONKET.azxəbər verir ki, Tramp bu barədə Filippinin paytaxtı Manilada ASEAN sammiti çərçivəsində jurnalistlərin sualların

Almaniyanın xarici işlər naziri Prezident İlham Əliyevə təşəkkür edib

Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Azərbaycan Prezidenti İlham Əliyevə Bakıda səmimi qarşılanmaya görə təşəkkür edib. xəbər verir ki, almaniyalı nazir bu barədə "X" sosial şəbəkə hesabında paylaşı

Bakı və İrəvan arasında münasibətlər... – Zaxarova

Tərəflərin müraciəti olacağı təqdirdə, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək göstərməyə hazırdır. KONKRET.azxəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarov

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaq, ilk növbədə, Almaniya Federati

İqtisadi əlaqələr və investisiya perspektivləri

Azərbaycanilə Böyük Britaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub.12 noyabr 2026-cı ildə Dublin şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya BirləşmişKrallığını


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xəbərlər bugün xeber.az 2026 cəbhədən son xəbərlər 2026 son xeberler azerbaycan