Pezeşkianın sensasion açıqlaması: "Zəngəzur dəhlizi məsələsi xəbərlərdə şişirdildiyi kimi deyil"

Pezeşkianın sensasion açıqlaması: İran Prezidenti Məsud Pezeşkian ilk dəfə "Zəngəzur dəhlizi" ilə bağlı mövqeyini açıq şəkildə bəyan edib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, o, bildirib ki, məsələ ətrafında yaradılan ajiotaj həqiqəti tam əks etdirmir:
"Bu dəhlizlə bağlı deməliyəm ki, məsələ xəbərlərdəki kimi şişirdilmiş deyil və bizdə olan məlumata görə, İranın ərazi bütövlüyü ilə bağlı tələbləri yerinə yetirilib."
Pezeşkianın bu bəyanatı, son aylarda İran rəsmilərinin, xüsusən də ölkə rəhbərinin müşaviri Əli Əkbər Vilayətinin səsləndirdiyi sərt mövqelər fonunda gözlənilməz yumşalma kimi qiymətləndirilir. Xatırladaq ki, Vilayəti "Zəngəzur dəhlizi" layihəsini İranın milli birliyi və ərazi bütövlüyünə "böyük təhdid" adlandırmış, bu təşəbbüsün Cənubi Qafqazdakı geosiyasi balansı poza biləcəyini iddia etmişdi.
Pezeşkian isə əksinə, məsələyə daha praqmatik yanaşaraq Tehran üçün əsas olan ərazi bütövlüyü prinsiplərinin qorunduğunu vurğulayıb. Bu mövqe dəyişimi, Ermənistan və Azərbaycanın regiondakı birgə təşəbbüsünə qarşı sərt ritorika nümayiş etdirən bəzi İran siyasi dairələrinə də dolayı cavab xarakteri daşıyır.
Məlumatlara görə, Pezeşkian bu prosesin detalları barədə əvvəldən məlumatlı olub. Bu da onun Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin təsadüfi deyil, düşünülmüş diplomatik strategiyaya söykəndiyini göstərir.
Analitiklər hesab edirlər ki, İran prezidentinin bu yumşaq mövqeyi Cənubi Qafqazda sülh prosesinə əlavə təkan verə, həmçinin Tehranla Bakı arasında dialoqun intensivləşməsinə şərait yarada bilər. Bununla belə, Vilayəti kimi sərt mövqedə qalan qüvvələrin bu yanaşmanı qəbul edib-etməyəcəyi hələlik məlum deyil.

Siyasi       Tarix: 11 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında ərazilərin ehtimal olunan mübadiləsi ilə bağlı son bəyanatlarına aydınlıq gətirərək, Kərki (Tiqranaşen) və digər ərazilər üzrə məsələnin həlli ilə bağl

Prezident 'Rebuild Karabakh' sərgisinin iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" – "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib. xəbər verir ki, dövlət başçısının müraciət

İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. /

Prezident sərəncam imzaladı

"Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 2022-c

"Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün əsas prinsipləri haqqında fikirlərini açıqlayıb. . Bu barədə o, sosial şəbəkə hesablarında canlı yayım zamanı danışıb. Paşinyan bildirib ki, sülh sazişinin imzalanmas

İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə komitənin kollektivini və paralimpiyaçıları təbrik edib. xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı müraciətində qey

Paşinyanın Bakıya məktub planı iflasa uğradı – Ermənistan poçtu baş naziri təkzib etdi

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanda saxlanılan cinayətkar ermənilərə məktubların poçt vasitəsilə göndərilməsi ilə bağlı təklifi gözlənilməz vəziyyət yaradıb. xəbər verir ki, məlum olub ki, Ermənistanda

Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA

"Ermənistanın keçmiş rəhbərliyi hərbi cinayətlərdə və terror hadisələrində iştirakına görə daha ciddi məsuliyyət daşıyır, lakin beynəlxalq ictimaiyyət bu məsələdə susqunluq nümayiş etdirir". Bu sözləri politolo

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO

Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində oktyabrın 13-də Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən müəssisələri ziyarət edib. xəbər verir ki, bu barəd


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezenesi cəbhədən son məlumat siyaseti xeberler bugun kriminal xeberler