Polis qızla oğlanın öldüyü hadisə ilə bağlı YENİ DETALLAR - FOTO

Polis qızla oğlanın öldüyü hadisə ilə bağlı YENİ DETALLAR - FOTO16 avqust 2020-ci il tarixdə Samux rayonunda iki polis əməkdaşının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi nəhayət yekunlaşıb.
azxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, hadisədə iştirak edən "NEW Holland TC-5050" markalı kombaynın sürücüsü, 1972-ci il təvəllüdlü Allahverdi Behbudov Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pzoma - 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda ona 4 il sürücülük hüququndan məhrum edilməklə 5 il həbs cəzası verilib.
Bildirilib ki, hadisə vaxtı kombaynla 1998-ci il təvəllüdlü polis zabiti Elnur Çağırqanovun sürdüyü "Mercedes" markalı minik avtomobilinin toqquşması E.Çağırqanovun və sərnişini olan polis serjantı, 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının həyatını itirməsinə səbəb olub.
Mərhum L.Süleymanzadənin atası qızının Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Gəncə Asan Xidmət Mərkəzində kiçik inspektor vəzifəsində işlədiyini bildirib. O, həmin gün qızını özünün işə apardığını və işdən onun qanunsuz olaraq digər idarəyə göndərildiyini deyib: "Əvvəllər qızımla söhbət əsnasında mənə bildirmişdi ki, ola bilsin ki, bəzən pasportların BPMQİ-dən götürülərək Gəncə Asan Xidmət Mərkəzinə gətirilməsi ona həvalə edilə bilər.
Lakin daha əvvəl ora gedib-getməməsi barədə mənə heç vaxt məlumat verməyib. Mən Ləmana bildirmişdim ki, ona belə tapşırıq verildiyi halda mənə məlumat versin, özüm onu aparıb-gətirim. Qızımın olduğu maşının sürücüsü Gəncə şəhəri Nizami rayon polis İdarəsinin əməkdaşı olmuş Elnur Çağırqanovu tanımamışam. Kombaynın hərəkətdə olduğu yolun eni 3 m, kombaynın qabaq tərəfdən eni isə 4 metrdir. Qanuna görə bu texnika bıçağı texnikadan sökülüb ayrılaraq başqa texniki vasitə ilə bir məntəqədən digər məntəqəyə aparılır, kombaynın özü isə müvafiq dövlət qurumlarının əməkdaşlarının müşahidəsi altında hərəkət edir. Hətta bu texnikanın əyləc sistemi olmadığından onun avtomobil yoluna çıxması qadağan olunub. Eyni zamanda 17 avqust 2020-ci il tarixdə hadisənin baş verdiyi yerə getdikdə, orada kombaynın təkərlərinin izindən müəyyən etdik ki, hadisə vaxtı kombayn dönmə əməliyyatı edib.
Həmin gün 09:30 radələrində qrup rəhbəri qızıma BPQMİ-nin Gəncə regional bölməsinə ümumvətəndaş pasportlarının gətirilməsi üçün göstəriş verib. Qızım isə yuxularını qarışdırdığını, özünü pis hiss etdiyini, ağrıdığını rəhbəri Pərvin xanıma bildirib. Bu sözləri mənə onların özü deyib. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq qanunazidd hərəkətlərə və ya hərəkətsizliyə görə cavabdeh olan şəxslərin səhlənkarlıqları ucbatından, işdə ciddi nöqsanlarına görə qızım Ləman Süleymanzadənin ölümünə səbəb olan bütün vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunaraq ağır cəzalanmalarını tələb etmişəm".
L.Süleymanzadənin atası bir müddət sonra məhkəməyə ərizə təqdim edərək şikayət və tələbinin olmadığını bildirib.
Polis qızla oğlanın öldüyü hadisə ilə bağlı YENİ DETALLAR - FOTOPolis qızla oğlanın öldüyü hadisə ilə bağlı YENİ DETALLAR - FOTOPolis qızla oğlanın öldüyü hadisə ilə bağlı YENİ DETALLAR - FOTOPolis qızla oğlanın öldüyü hadisə ilə bağlı YENİ DETALLAR - FOTO

Sosial       Tarix: 28 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber ən son xəbərlər bugün cəbhədən görüntüleri en son xeberler