Polkovnik: 'Bəzi qüvvələrin qazilərdən dövlətə qarşı istifadə cəhdi yolverilməzdir

Polkovnik: 'Bəzi qüvvələrin qazilərdən dövlətə qarşı istifadə cəhdi yolverilməzdir"Bəzi qüvvələrin qazilərdən, onların cəmiyyətdəki nüfuzundan dövlətə qarşı istifadə cəhdi yolverilməzdir".
Bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov "Vətənpərvərliyin təbliği istiqamətində görülən işlər və mənfi təzahürlər" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, son vaxtlar cəmiyyətdə müşahidə edilən bəzi mənfi təzahürlər narahatlıq doğurur: "Bəzi hallarda müxtəlif şəxslər qazi adından sui-istifadə etməyə cəhd edir. Vətən müharibəsində iştirak etməyən bəzi şəxslərin özünü qazi kimi təqdim edərək müxtəlif iddialarla çıxış etməsi, dövlətin qazilərə olan diqqət və qayğısına kölgə salmağa çalışması kimi hallara qarşı ictimaiyyət də fəal reaksiya verməli, bu cür şəxslərin qanunsuz əməlləri ifşa olunmalıdır: "Bəzi radikal və təxribatçı qüvvələr qaziləri özlərinə cəlb etmək, onların adından və nüfuzundan çirkin, qeyri-sağlam məqsədlərini reallaşdırmağa çalışırlar ki, bu da antixalq və antidövlət mahiyyəti daşıyır".
C.Xəlilov həmçinin bəzi qüvvələrin qazilərdən, onların cəmiyyətdəki nüfuzundan dövlətə qarşı istifadə cəhdinin yolverilməz olduğunu bildirib: "Qazilər bu kimi hallarla bağlı diqqətli olmağa, hər zaman olduğu kimi bundan sonra da dövlətin və onun liderinin ətrafında sıx birləşməyə çağırıram. Qazilərə diqqət və qayğının sadəcə dövlətin deyil, hər bir vətəndaşın borcudur. Bununla yanaşı, qazi adı daşıyan şəxslər də öz arzu və istəklərini mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə ifadə etməlidirlər".
///Report

Sosial       Tarix: 14 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Bahalaşan mənzillər: Bakıda kirayə haqqı niyə artır?

Bakıda kirayə mənzil bazarında bahalaşma davam edir. Qiymət artımı artıq təkcə paytaxtın müəyyən əraziləri ilə məhdudlaşmır, mənzil axtaranların qarşısında daha ciddi seçim və büdcə problemi yaradır. Azərbaycan Mərkəzi Bankını

Paytaxtda tikinti aparılan binadan yıxılan şəxs öldü - FOTO

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Yurd.Media-ya istinadən xəbər verir ki, Elvin Zeynalov hündürlükdən yıxılaraq həyatını itirib. Hadisənin tikinti işlərinin aparıldığı binada baş verdiyi bildirilir. Faktl

Tanınmış həkim həbs olundu

Tanınmış stomatoloq Zeynalabdin Allahyarov həbs olunub. -a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Z.Allahyarov iki il müddətinə azadlıqdan məhrum edilib

Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü

Şəmkir rayonunda hamilə qadın abort zamanı vəfat edib. Hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında baş verib. Belə ki, abort etdirmək üçün xəstəxanaya müraciət edən 1991-ci il təvəllüdlü Y.Əhmədovanın prosedur zamanı səhhətind

Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

Sabah Qəbələnin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilir ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar saat 09:30-da

Bu yol 7 saat bağlı olacaq

Noyabrın 21-də saat 23:00-dan 05:45-dək metronun "Koroğlu" stansiyasından hava limanı istiqamətində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işlər aparılacaq. xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəs

Bu qızıl yataqları Azərbaycan hökumətinə qaytarılır

Azərbaycanda qızıl və mis hasil edən "Anglo Asian Mining" şirkəti Qoşa və Ordubad müqavilə sahələri üzrə hasilat hüquqlarının müddətinin uzadılması üçün müraciət etməyəcək. Hər iki müqavilə sahəsi Azərbaycan hökumətin

Nənəmin təndiri'ndə yanğın oldu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a nazirlikdən məluma

Bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Qazax rayonunun bir kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılmas


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta məzənnələri idman xeberleri xeber.az krimnal bugun