Polşa Almaniyanı beynəlxalq təcridlə HƏDƏLƏDİ
Polşa Almaniyanı beynəlxalq təcridlə hədələyib.
KONKRET.az xəbər verir ki, bu barədə Polşa xarici işlər nazirinin müavini Arkadiuş Mularçik ölkənin radio proqramının efirində bildirib.
O bildirib ki, Almaniya Ukraynaya "Leopard" tankları verməkdən imtina edərsə, beynəlxalq təcrid vəziyyətində qalacaq.
"Almaniya Ukraynaya tank göndərməyə razılıq verməyib və başa düşməlidir ki, beynəlxalq təcrid vəziyyətindədir. Əgər onlar bu cür mövqe tutmağa davam etsələr, öz mövqeləri son dərəcə zəifləyəcək", – Mularçik deyib.
Məlumdur ki, Ramşteyndə keçirilən sammit zamanı Qərb ölkələri "Leopard"ın tədarükü ilə bağlı razılığa gələ bilməyib, buna görə Berlini günahlandırıblar.
Daha sonra Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynanın digər ölkələrdən "Leopard" tankları almasına etiraz etməyəcəklərini bəyan edib.
Nation News xəbər verir ki, belə bir təşəbbüsü Hollandiya və Polşa göstərib.
Xuraman Etibarlı,
KONKRET.az

Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
PSJ-dən Arda Gülerə üçqat maaş təklifi
Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu