Polşa prezidenti Ukrayna üçün Çinə getdi

Polşa prezidenti Ukrayna üçün Çinə getdiPolşa prezidenti Anjey Duda Çinə rəsmi səfər edib. Müzakirə olunacaq mövzulardan ən mühümü təhlükəsizlik, xüsusilə də Rusiyanın Ukraynaya qarşı müharibəsi və iqtisadi məsələlərdir.
KONKRET.az xəbər verir ki, bu barədə Polşa prezidentinin dəftərxanası məlumat yayıb.
Yola düşməzdən əvvəl keçirdiyi brifinq zamanı Polşa lideri Çin lideri Si Szinpinə "Avropanın öz hissəsində olan bütün təhlükəsizlik vəziyyətini" təqdim edəcəyini vurğulayıb.
"Bizim Ukraynada müharibəmiz var, həmçinin Belarusun Polşa sərhədində hibrid hücumları var, burada Belarus hakimiyyəti son üç ildə davamlı olaraq miqrantları bizə tərəf sıxışdıraraq onları sərhədi qanunsuz keçməyə məcbur edir", – Duda deyib.
Polşa Prezidenti qeyd edib ki, bu səfər Avropanın təhlükəsizliyi üçün çox vacibdir. Onun sözlərinə görə, Çinin Rusiyaya təsiri çox böyükdür.
"Rusiya bu gün Ukraynada təcavüzkardır və mən bunu prezident Si Szinpinlə müzakirə etmək istərdim, mənim fikrimcə, bu məsələyə öz nöqteyi-nəzərimizi təqdim etmək son dərəcə vacibdir", – Duda deyib.
Bir gün əvvəl Almaniyanın vitse-kansleri Robert Habek Çin hökumətinə Ukraynaya qarşı müharibədə Rusiyaya dəstək vermənin iqtisadi nəticələri barədə yenidən xəbərdarlıq edib.
NATO-nun baş katibi Yens Stoltenberq bazar ertəsi Çini Rusiyanın Ukraynaya müdaxiləsinə verdiyi dəstəyə görə cavab verməyə çağırıb.
Çərşənbə axşamı Pekin, NATO-nun "Çinə özbaşına böhtan atmaq və ona hücum etməkdənsə, özünü düşünməyə çalışmalı olduğunu" söyləyib.
Keçən həftə G7 ölkələri Ukraynaya qarşı işğal müharibəsində Rusiya hərbi maşınına maliyyə dəstəyi verən Çin və üçüncü ölkələrə qarşı tədbirlər görməyə davam edəcəklərini bildiriblər. (Qaynarinfo)

Siyasi       Tarix: 23 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas

Rusiyadan Naxçıvanla bağlı yeni gözlənilməz addım – Mi-24 helikopterinin vurulması…

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin 9 noyabr 2020-ci ildə Naxçıvan istiqamətində vurulan Mi-24 helikopterinin həlak olmuş heyət üzvlərinin xatirəsini yad etməsi siyasi mesaj kimi qiymətləndirilir. Tədbirin məh

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. xəbər verir ki, Zelenski bu haqd

Zahid Oruc: "Azərbaycanı kənardan idarə etmək istəyənlər yanılır

"Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qərb dövlətlərindən gözləntilərimiz maksimum səviyyədə idi. Çünki həmin dövlətlər iqtisadi, texnoloji və xüsusilə də hüquqi baxımda

Prezident polşalı həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Polşa Prezidenti Karol Navrotskiyə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident. Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananla


yeni xeberler azerbaycan xeberleri son xeberler ensonxeberler bu gunun xeberleri haqqinda melumat cəbhədən son xəbərlər 2026 butun xeberler