Polşada Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyeva adına təqaüd proqramı TƏSİS EDİLDİ

Polşada Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyeva adına təqaüd proqramı TƏSİS EDİLDİPolşada Tələbə Xanımlar Birliyinin təşəbbüsü və Polşa Azərbaycanlıları Şurasının dəstəyi ilə Milli Qəhrəman Hökumə Əliyeva adına təqaüd proqramı təsis edilib. Bu təşəbbüs Polşada ali təhsil alan azərbaycanlı qadınların akademik və sosial inkişafını dəstəkləməyi hədəfləyir.
KONKRET.az AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Qəhrəman Hökumə Əliyevanın adını daşıyan bu təqaüd proqramı bir neçə əsas məqsədə xidmət edir:
– Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın xatirəsini əbədiləşdirmək və onun qəhrəmanlıq nümunəsini gənc nəsillərə tanıtmaq;
– Polşada təhsil alan azərbaycanlı xanım tələbələri akademik və şəxsi inkişaf baxımından təşviq etmək;
– Gənc nəslin milli dəyərlərə bağlılığını artırmaq və onların cəmiyyətə aktiv töhfə verməsini dəstəkləmək.
Bildirilib ki, Polşada ali təhsil alan, minimum bir semestri uğurla başa vurmuş və yüksək akademik göstəricilərə malik tələbələr, eləcə də cəmiyyətə aktiv töhfə verən və müxtəlif ictimai layihələrdə iştirak etmiş şəxslər müraciət edə bilərlər.
Təqaüdə müraciət etmək istəyən tələbələr onlayn müraciət formasını dolduraraq təqdim etməlidirlər. Müraciətlər akademik nailiyyətlər, şəxsi motivasiya və ictimai fəallıq kimi meyarlar əsasında qiymətləndiriləcək.
Bu təqaüd proqramı Polşada yaşayan azərbaycanlı tələbə qızların fərdi inkişafına və onların cəmiyyətə daha böyük töhfə verməsinə dəstək olmaq məqsədini daşıyır.

Siyasi       Tarix: 13 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsind

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden

İrlandiyadakı tarixi görüş - Kameralara belə düşdü

Məlum olduğu kimi, Dublində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. -ın məlumatına görə, liderlərin görüşü Avropa Siyasi Birliyinin 9-cu Zirvə toplantısı çərçivəsind

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. xəbər verir ki, Zelenski bu haqd

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son dəqiqə novruz bayramı son.xeberler valyuta məzənnələri