Poqosyandan LAVROVA: "Siz Əliyevdən üzr istəməlisiniz, çünki 7 rayonu işğal etməyə yardım göstərmisiz"
"Bu dəfə faktları biz açıqlayacağıq. Cənab Lavrov! Siz Azərbaycanın 7 rayonunun işğalı haqda danışanda mənim ağzımı açdırırsınız və danışmağa məcbur edirsiniz".
KONKRET.az xəbər verir ki, bu fikirləri Ermənistan Baş Qərargah rəisinin sabiq müşaviri Vladimir Poqosyan səsləndirib. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səsləndirdiyi fikirlərə sərt reaksiya verib:
"Məgər Ermənistanı lazım olan silah-sursatla Rusiya təmin etməyib? Bu məqamda siz Əliyevdən üzr istəməlisiniz və "Bağışlayın, biz də həmçinin işğalçıyıq və ermənilərə 7 rayonu işğal etməyə yardım göstərmişik" deməlisiniz. Üstəlik təkcə canlı qüvvə (əsgər və hərbçilər – red) ilə yox, həm də silah göndərməklə kömək etmisiniz. Odur ki, siz öz danışığınıza fikir verin və seçdiyiniz sözlərə diqqət edin".
Poqosyan daha sonra Lavrova xitabən fikirlərini belə davam etdirib: "Yupiter üçün nəzərdə tutulan düstur, öküz üçün nəzərdə tutulmayıb. Bu düstur bizə uyğun deyil. Yupiter kimdirsə, öküz də odur. Rusiya xarici işlər nazirinin öküzlük etməsi isə lazım deyil", – Poqosyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi