Premyer Liqa: günün hər iki oyunu Bakıda keçiriləcək
Azərbaycan Premyer Liqasında bu gün XXV turun daha iki oyunu keçiriləcək.
KONKRET.az xəbər verir ki, hər iki görüş Bakıda baş tutacaq.
Əvvəlcə "Zirə" doğma meydançasında "Turan Tovuz"u qəbul edəcək. Qalibiyyətsiz oyunlar seriyasına ötən turda son qoyan Rəşad Sadıqovun yetirmələri liderlər qrupundan uzaqlaşmamaq üçün hesabına 3 xal yazdırmalıdırlar. Əks təqdirdə, tovuzlular dördüncü pillədəki rəqibi ilə fərqi 1 xala endirəcək. Hazırda "Zirə"nin 35, "Turan Tovuz"un isə 31 xalı var.
Eyni xalla (31) turnir cədvəlində qonşu olan "Sabah"la "Araz-Naxçıvan" birincilərin meydançasında qarşılaşacaqlar. Qalib gələn tərəf yuxarı pillələrə yaxınlaşmaq imkanı əldə edəcək.
Qeyd edək ki, ötən gün "Kəpəz" səfərdə "Sumqayıt"ı (3:1) məğlub edib. Tura martın 3-də keçiriləcək "Qəbələ" – "Səbail" və "Neftçi" – "Qarabağ" oyunları ilə yekun vurulacaq.
Premyer Liqa
XXV tur
2 mart (şənbə)
16:00. "Zirə" – "Turan Tovuz"
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, İnqilab Məmmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə İK stadionu
18:30. "Sabah" – "Araz-Naxçıvan"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kamran Bayramov, Fərid Hacıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
"Bank Respublika Arena"
Report

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir
İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı
Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi
Ararat Mirzoyan parlamentin iclasında azərbaycanlı çobanın sərhədi keçməsindən danışdı
Bu hadisə böyük müharibəyə səbəb ola bilər – XƏBƏRDARLIQ
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Aİ rəsmiləri 'Qarabağ İtkin Ailələri' İctimai Birliyinin üzvləri ilə görüşüblər
Qəzada ölən Elşən "AzərEnerji"nin əməkdaşı imiş - Foto