Premyer Liqa: "Neftçi" "Sumqayıt"ı, "Turan Tovuz" "Sabah"ı qəbul edəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha iki oyunu keçiriləcək.
KONKRET.az xəbər verir ki, ilk olaraq "Neftçi" "Sumqayıt"ı qəbul edəcək.
"Neftçi Arena"dakı qarşılaşma saat 16:30-da start götürəcək. 18 xala malik komandalar 5-6-cı yerləri bölüşdürürlər.
Digər matçda "Sabah" "Turan Tovuz"un qonağı olacaq. Bu görüş saat 19:00-da başlanacaq. Bölgə klubu 15 xalla 7-ci, paytaxt təmsilçisi isə 13 xalla 8-ci pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası, XIII tur
16:30. "Neftçi" – "Sumqayıt"
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamran Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
"Neftçi Arena"
19:00. "Turan Tovuz" – "Sabah"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tovuz şəhər stadionu
Qeyd edək ki, turun "Zirə" – "Qəbələ" və "Qarabağ"– "Səbail" oyunları noyabrın 12-də gerçəkləşəcək. Ötən gün "Kəpəz" "Araz-Naxçıvan"ı minimal hesabla üstələyib – 1:0.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi