Premyer Liqada günün oyunları
Azərbaycan Premyer Liqasında bu gün X turun daha iki görüşü baş tutacaq.
KONKRET.az xəbər verir ki, əvvəlcə "Şamaxı" öz stadionunda "Araz-Naxçıvan"ı qəbul edəcək.
Şamaxı şəhər stadionunda, saat 15:30-da keçiriləcək qarşılaşmanı Fərid Hacıyev idarə edəcək. Bölgənin eyniadlı təmsilçisi hazırda 12 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb. Üçüncü yerdə olan Naxçıvan komandasının 17 xalı var.
"Səbail" komandası səfərdə "Neftçi"nin qonağı olacaq. "Neftçi" Arena"da saat 18:00-da keçiriləcək görüşün baş hakimi Rauf Cabarov olacaq. "Səbail" 7 xalla yeddinci yerdə qərarlaşıbsa, doqquzuncu pillədə olan Samir Abasovun komandası 5 xala malikdir.
Azərbaycan Premyer Liqası
II dövrə, X tur
19 oktyabr
15:30. "Şamaxı" – "Araz-Naxçıvan"
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev;
VAR: Nicat İsmayıllı;
AVAR: Akif Əmirəli;
Hakim-inspektor: Feyzulla Feyzullayev;
AFFA nümayəndəsi: Elgiz Abbasov;
Şamaxı şəhər stadionu.
18:00. "Neftçi" – "Səbail"
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov;
VAR: Əliyar Ağayev;
AVAR: Zeynal Zeynalov;
Hakim-inspektor: Orxan Məmmədov;
AFFA nümayəndəsi: Seymur Səlimli;
"Neftçi Arena".
Qeyd edək ki, turun ötən gün "Kəpəz" – "Qarabağ" görüşündə Ağdam təmsilçisi 5:0 hesabı ilə qələbə qazanıb.
Turlar.az [newsid: 0-123300]

Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Masazırda ağır qəza: ölən var