Prezident: "Hazırda hər bir ölkə üçün daha vacib olan ərzaq təhlükəsizliyidir"
"Ümumilikdə Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz üçün prioritetlərdən biridir. Çünki, birincisi, hazırda hər bir ölkə üçün, ola bilsin ki, bir neçə il əvvəl olduğundan daha vacib olan ərzaq təhlükəsizliyidir. Bizim üçün ikinci məsələ odur ki, bu, bizim artmaqda olan qeyri-enerji ilə bağlı ixracımızın mühüm hissəsini təşkil edir".
KONKRET.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev mayın 6-da BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyunu videoformatda qəbul edərkən deyib.
"Bu ilin üç ayı ərzində Azərbaycanda qeyri-enerji ixracında artım 45 faiz olub. Əlbəttə ki, bu, məşğulluq baxımından əhəmiyyətlidir. Çünki əhalimizin demək olar ki, yarısı kənd yerlərində yaşayır. Ona görə də bu insanlar üçün kənd təsərrüfatı əsas gəlir mənbəyidir. Siz yəqin ki, bizim islahatlarımızdan, hökumətin fermerlərə verdiyi subsidiyalardan, dəstəkdən xəbərdarsınız. Fermerlər hər hansı vergidən, o cümlədən torpaq vergisindən azaddırlar. Həmçinin biz fermerlərə güzəştli, aşağı faizlərlə kreditlər veririk. Bütün bunlar kənd təsərrüfatının sürətli inkişafı üçün imkanlar yaradır. Lakin əlbəttə ki, biz xüsusilə indi, ərazilər işğaldan azad ediləndən sonra hər şeyi düzgün planlaşdırmalı və müasir texnologiyalar tətbiq etməliyik", – dövlət başçıs bildirib.

13 həftə, 13 avtomobil lotereyasında iyun ayının qalibləri bəllidir
Ankarada tarixi NATO sammiti: Türkiyənin rolu daha da artır
Vüqar Mustafayevlə Selçuk Bayraktar görüşüblər - FOTO
"Bank Respublika" "Finnfund"dan 15 milyon avro cəlb edib
Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı - FOTOLAR
Bakı neftinin qiyməti 82 dolları ötdü
Mütəxəssislərdən xəbərdarlıq: Bu dəri əlaməti bağırsaq problemlərinin ilk siqnalı ola bilər
Yayda bu qidalar zəhərlənmə riskini artırır – Diqqətli olun
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İspaniya Belçikaya qarşı
Kamilo Duran bu kluba transfer olundu - Rəsmi
"Neftçi" Sloveniyada növbəti matçına çıxır
Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur
Kanalda yeniyetmə boğuldu