"Prezident Kuboku" Avropa Kanoe Assosiasiyasının təqvim planında
Avropa Kanoe Assosiasiyası "ECA" "Prezident Kuboku-2025" beynəlxalq reqatasını rəsmi təqvim planına daxil edib.
KONKRET.az xəbər verir ki, Assosiasiyanın rəsmi internet səhifəsində reqata haqqında geniş məqalə dərc olunub. Yazıda iştirakçı komandaların Bakıya gəlişi, açılış mərasimi, yarış və bağlanış günləri haqqında məlumat verilib.
Təsdiqlənmiş təqvimə əsasən iştirakçı komandalar 2025-ci il 28 aprel tarixində Bakıya gələcək. Bir gün sonra Mingəçevirdə "Prezident Kuboku-2025" beynəlxalq reqatasının rəsmi açılış mərasimi və parad təşkil olunacaq. Aprelin 30-u Suqovuşan su anbarında bir nəfərlik kayak və kanoe üzrə 200 metr məsafəyə yarışlar keçiriləcək. Reqata 1-2 may tarixlərində Mingəçevirdə yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində (OTİM) davam edəcək. Mayın 2-də yarışların final görüşləri keçiriləcək.
Xatırladaq ki, "Prezident Kuboku-2023" və "Prezident Kuboku-2024" beynəlxalq reqataları da Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilmişdi.
Qeyd edək ki, xəbərin yer aldığı Avropa Kanoe Assosiasiyasının rəsmi internet səhifəsinə daxil olmaq üçün bu keçiddən istifadə edə bilərsiniz.
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA
İdeal dövləti necə qurmaq olar?