Prezident onu nazir postundan uzaqlaşdırdı, çünki… – Deputat detalları açdı
Xəbər verdiyimiz kimi, Muxtar Babayev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib. O, digər sərəncamla Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.
Bu təyinat ictimaiyyətdə marağa səbəb olub. Azərbaycanda keçirilən BMT İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29 sessiyasında M.Babayev əsas simalardan idi. O, təxminən 1 il öncə COP29-un prezidenti seçilmişdi. Tədbir dövründə fəallığı ilə diqqət çəkirdi. Ümumi fəaliyyəti haqda mənfi rəyə rast gəlinmirdi. Onun vəzifədən çıxarılması isə birmənalı qarşılanmayıb.
Hikmət Babaoğlu
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, hər hansı bir şəxsin nazir təyin edilməsi və ya onun bu vəzifədən azad olunması konstitusiyamıza görə Prezidentin müstəsna vəzifəsidir:
"Muxtar Babayev həm millət vəkili kimi parlamentdə özünü təsdiqləyib, həm də yaxşı bir məmur olduğunu sübut edib. Bundan başqa, o, COP29-un uğurla baş tutmasında müstəsna paya sahibdir.
Babayev hazırda Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib. Ona verilən qiymət müsbətdir. Hesab edirəm ki, ictimai rəydə də hər hansı nazir, icra başçı ilə bağlı bir təyinat "niyə?" sualı ilə təqdim olunmamalıdır. Çünki heç bir şəxs sona qədər məmur ola bilməz.
Azərbaycan Prezidentinin yanaşmasında qiymətləndirmə kriteriyası çox mühümdür. Yəni bir məmur yaxşı işləyirsə, daha sonra kadr kimi də istifadə olunur. Muxtar Babayevin də yeni vəzifəyə təyinatında bunu gördük. Tamamilə ədalətli bir yanaşmadır və sualla qarşılanmamalıdır".

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var