Prezidentin Novruz bayramını Xankəndidə qeyd etməsinin əhəmiyyəti - ŞƏRHLƏR

Prezidentin Novruz bayramını Xankəndidə qeyd etməsinin əhəmiyyəti - ŞƏRHLƏRXəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramını işğaldan azad edilmiş Xankəndidə qeyd edib.
Dövlət başçısı bayram tonqalını yandıraraq Azərbaycan xalqını bu münasibətlə təbrik edib.
Prezidentin artıq növbəti dəfə Novruz bayramını Qarabağda keçirməsi və xalqı təbrik etməsi xüsusi hadisə kimi tarixə düşüb.
Bəs Ali Baş Komandanın Xankəndidə tarixi çıxışı dünyaya və düşmənlərimizə hansı mesajları vermiş oldu?
Məsələylə bağlı azxeber.com-a danışan politoloq Tural İsmayılov deyib ki, İlham Əliyevin Novruz bayramı ərəfəsində Xankəndiyə səfər etməsi və Azərbaycan xalqını oradan təbrik etməsi vacib əhəmiyyətə malik bir hadisədir:
Prezidentin Novruz bayramını Xankəndidə qeyd etməsinin əhəmiyyəti - ŞƏRHLƏR"Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində Xankəndiyə səfər etməsi və Azərbaycan xalqını Xankəndidən təbrik etməsi bizim üçün vacib əhəmiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, artıq builki Novruz bayramı tarixi əhəmiyyətə malikdir. Çünki artıq Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib və xalqımız Novruz bayramını bütün ərazilərində suverenliyini tam bərpa edən bir ölkədə qeyd edir. Prezidentin bu qədər sıx iş qrafiki fonunda zaman edib Xankəndiyə səfər etməsi və oradan Azərbaycan xalqını təbrik etməsi hesab edirəm ki, xalqımızda da böyük motivasiya və stimul yaratdı. Həm də nəzərə almaq lazımdır ki, cənab Prezidentin Xankəndidən Azərbaycan xalqına ünvanladığı mesajlar xarici güc faktorlarına da yönəlmiş bir mühüm mesaj idi. Çünki Azərbaycan Prezidenti Xankəndidə Azərbaycan bayrağını ucaltmaqla onsuz da bütün dünyaya göstərmiş oldu ki, bizim türk coğrafiyasında, bütövlükdə Azərbaycanda etnik separatçılıq daimi ola bilməz".
Siyasi şərhçi qeyd edib ki, İlham Əliyevin bayram tonqalını Xankəndidə yandırması dosta sevinc, düşmənə kədər gətirən bir addım oldu:
"Təəssüflər olsun ki, uzun illər ərzində Xankəndi ssenarisini işə salanlar türk birliyinin ürəyinə xəncər saplamışlar və türk birliyi faktorunu separatçılıq yolu ilə əngəlləməyə çalışırdılar. Amma Azərbaycanın qazandığı qələbə bu çirkin planların qarşısını almış oldu. Bu gün ölkənin Ali Baş Komandanı Xankəndi şəhərinin mərkəzinə Azərbaycan xalqı üçün vacib rol daşıyan, türk dünyası üçün önəmli olan Növruz bayramında xalqı təbrik etməsi, Xankəndinin mərkəzinə Zəfər meydanı adını verməsi dosta sevinc, düşmənə kədər gətirir. Mən hesab edirəm ki, bütövlükdə bu Novruz bayramı ilk dəfə Xankəndidə Azərbaycan xalqı tərəfindən qeyd edildiyi üçün tarixi əhəmiyyətə malikdir".
Movzuyla əlaqədar azxeber.com-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, İlham Əliyevin Xankəndidə Novruz tonqalını yandırması və oradan Azərbaycan xalqını təbrik etməsi hər birimizi qürurlandırdı:
Prezidentin Novruz bayramını Xankəndidə qeyd etməsinin əhəmiyyəti - ŞƏRHLƏR"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xankəndidə Novruz tonqalını yandırması və oradan Azərbaycan xalqını təbrik etməsi hər birimizi qürurlandırdı. Bu, Azərbaycan dövlətinin gücünü, İlham Əliyevin qətiyyətini göstərmiş oldu. Xankəndində yandırılmış Novruz tonqalı bizim qələbəmizin simvoludur və işğaldan azad edilmiş bütün ərazilərdə uzun illər işğal siyasəti həyata keçirmiş, separatizmlə məşğul olmuş, qanunsuz faəliyyətləri yerinə yetirən quldurların əllərinin yanmasıdır. Bir növ bu Novruz tonqalı buradakı murdar xisləti və təcavüzkar siyasəti tamamilə yandırıb kül etdi. Biz görürük ki, Zəfər paradının Xankəndidə keçirilməsindən sonra burada nə qədər quruculuq, abadlıq işləri həyata keçirilib. Bu Zəfər meydanında ancaq cənab Prezidentin bizi istəməyən qüvvələrə verdiyi mesaj, eyni zamanda dostlara birlik, bərabərlik və təbrik mesajının ötürülməsi Azərbaycanın bir daha gücünü göstərdi. Biz inanırıq ki, cənab Prezident Azərbaycan xalqını həmişə zəfərdən-zəfərə aparacaq".
Deputat əlavə edib ki, dövlət başçısı İlham Əliyevin sayəsində işğaldan azad edilmiş ərazilər gündən-günə çiçəklərin və firavanlaşır:
"2024-cü ildə Xankəndi sakinləri öz ata-baba yurdlarına qayıda biləcək. Həmçinin işğaldan azad olunmuş digər ərazilərimizə keçmiş məcburi köçkünlər qayıtmaqda davam edəcəklər. Bütün bu ərazilər cənnət məkana çevriləcək. Biz fəxr edirik ki, cənab Prezident, möhtərəm Ali Baş Komandan İlham Əliyev kimi liderimiz var. Əminliklə inanırıq ki, Azərbaycan xalqının bu gündən sonra kədərli, acılı, hüznlü günləri olmayacaq. Biz ildən-ilə irəli gedəcəyik. Allah bütün şəhidlərimizə rəhmət etsin. Biz öz torpaqlarımızı şəhidlərimizin qanı hesabına geri qaytarmışıq. Allah qazilərimizə can sağlığı versin. Azərbaycan xalqına həmişə belə həmrəy olmağı və bir yumruq kimi qalmağı arzu edirəm. Bayramımız mübarək olsun".
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" mövzusunda dərc edilib.
Prezidentin Novruz bayramını Xankəndidə qeyd etməsinin əhəmiyyəti - ŞƏRHLƏR

Siyasi       Tarix: 24 mart 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanın Niderlanddakı səfiri öz vəzifəsinin icrasına başlayıb

Anar Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri kimi vəzifəsinə başlayıb. xəbər verir ki, bu barədə o, bu barədə öz "X" hesabında məlumat verib. "Niderland Kral

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

İlham Əliyev: İqlim dəyişikliyi mövzusunda hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim

Türkiyəli jurnalist, bloqer və təhlükəsizlik analitiki Həmid İxtiyar Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti çərçivəsind

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliyinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabınd

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransının (COP34) keçirilməsi üçün öz namizədliyini irəli sürüb. KONKRET.azxəbər verir ki, bu barədə ətraf mühit naziri Ambarsum Matevosyan COP31 çərçivəsind


yeni xeberler azerbaycan xeberleri son xeberler novruz bayramı son xeberler bugun 2026 azerbaycan kriminal xeberler son xabar