Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE
Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
azxeber.com yeni sədrin dosyesini təqdim edir:
Fərhad Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub.
1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyyə və kredit üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb.
2005-ci ildə təhsilini davam etdirərək Azərbaycan Dövlət İqtisad Universitetinin istehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib.
F.Adıgözəlov əmək fəaliyyətinə 2000-ci ildə "Azərsığorta" Dövlət Sığorta Şirkətində başlayıb. O, 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə "Kapital Bank" ASC-də departament direktoru vəzifəsində çalışıb.
Daha sonra F.Adıgözəlov 2013-2014-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri və 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini olub.
F.Adıgözəlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edilib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var