Prezidentin səfəri Serbiya mətbuatının diqqət mərkəzində: "Bakı getdikcə əhəmiyyətli qlobal aktora çevrilir

Prezidentin səfəri Serbiya mətbuatının diqqət mərkəzində: Serbiya mətbuatında Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərinə geniş yer ayırıb.
azxeber.com BAKU.WS-ə istinadən xəbər verir ki, Serbiyanın nüfuzlu "alo.rs" nəşrində dərc olunan məqalədə bildirilir ki, Niş-Sofiya qaz kəməri kimi tanınan əhəmiyyətli layihə Serbiya və Qərbi Balkanlar regionunda qaz təchizatı təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır. Azərbaycan isə bu layihənin icrasında çox mühüm rol oynayır.
Diqqətə çatdırılır ki, Azərbaycan 2026-cı ilə qədər Serbiyaya hər il 400 milyon kubmetr qaz tədarük edəcək, 2027-ci ildən isə bu həcm üç dəfə arta bilər.
"Serbiya-Bolqarıstan qaz kəməri layihəsi 24 milyon avrodan çox qiymətləndirilir və onun həyata keçirilməsi üçün 109 kilometr yeni boru kəməri çəkilib", - deyə məqalədə vurğulanır.
Nəşrdə İlham Əliyev və Aleksandr Vuçiçin sonuncu dəfə ötən ilin noyabrında Belqradda Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum imzalanarkən görüşdükləri də xatırladılır.
"Bu tərəfdaşlıq liderlərin həmin ilin dekabrında Bakıda keçirilən növbəti görüşündə bir daha təsdiqlənib. Prezidentlər arasında bugünkü görüş uğurlu əməkdaşlığın dərinləşdiyini sübut edir. Serbiya və Azərbaycan arasında əməkdaşlıq müxtəlif sahələri, o cümlədən siyasi, iqtisadi, indi isə enerji əməkdaşlığını əhatə edir. Serbiya ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri 2013-cü ildə imzalanmış Dostluq Münasibətləri və Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə Tərəfdaşlığa dair Birgə Fəaliyyət Planı ilə gücləndirilib. İki ölkə bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşan strateji tərəfdaşdır.
Azərbaycan getdikcə əhəmiyyətli qlobal oyunçuya çevrilir. Ölkə eyni zamanda bərpaolunan enerji sahəsində liderlik edir. Rəsmi Bakı Aİ, Gürcüstan, Macarıstan və Rumıniya ilə Yaşıl Enerji Dəhlizi haqqında saziş imzalayıb, Qara dənizin altından sualtı kabel vasitəsilə Avropanı Xəzər dənizindən bərpaolunan elektrik enerjisi ilə təmin edəcək. Azərbaycan Xəzər dənizində və regionda ən böyük günəş enerjisi layihəsinə sadiqliyini, eləcə də Dünya Bankı tərəfindən təqribən 157 GVt qiymətləndirilən dəniz külək enerjisi üçün böyük potensialını vurğulayır.
Qarşıdakı dövrdə Azərbaycan COP29, iqlim dəyişikliyi ilə mübarizədə həll yollarının tapılmasına yönəlmiş konfrans və BMT-nin yaşayış məntəqələri üzrə proqramının (Habitat) təşkilatçılığı ilə 2026-cı ildə Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası kimi mühüm qlobal tədbirlərə ev sahibliyi edəcək. Şübhəsiz ki, Azərbaycan böyük tədbirlərin təşkili təcrübəsi ilə Serbiyaya 2027-ci il Ümumdünya Sərgisinə hazırlaşmaqda böyük köməklik göstərəcək", - deyə məqalədə qeyd edilir.

Siyasi       Tarix: 10 dekabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"

Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşü olub. xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyəd

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbası təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizi

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y

Taliban Rusiyadan elə bir şey xahiş etdi ki…

Taliban Rusiyadan Əfqanistanda neft emalı zavodları tikməyi xahiş edir: əvəzində isə neft emalı ilə məşğul olmağı, yəni idarəçiliyi də ruslara təklif edir. . Əfqanıstan hakimiyyəti Rusiya şirkətlərinə digər faydalı qazınt

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind

İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantıla


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxəbərlər xeberler bu qun idman xeberleri hava haqqinda