Prezidentin yüksək vəzifə verdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE
Fərhad Əsgər oğlu Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub.
KONKRET.az xəbər verir ki, 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyyə və kredit üzrə bakalavr dərəcəsi, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci ali təhsil alıb.
2005-ci ildə təhsilini davam etdirərək Azərbaycan Dövlət İqtisad Universitetinin istehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisaslaşması üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirib.
F.Adıgözəlov əmək fəaliyyətinə 2000-ci ildə "Azərsığorta" Dövlət Sığorta Şirkətində başlayıb. O, 2003-2005-ci illərdə Azərbaycan Beynəlxalq Bankında mütəxəssis, 2005-2009-cu illərdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis köməkçisi, 2009-2013-cü illərdə "Kapital Bank" ASC-də departament direktoru vəzifəsində çalışıb.
Daha sonra F.Adığözəlov 2013-2014-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin köməkçisi, 2015-2017-ci illərdə "Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin sədri və 2020-ci ilin sentyabr ayından Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədr müavini olub.
F.Adıgözəlov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 07 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Dövlət Sığorta Kommersiya Şirkətinə Sədr təyin edilib. (Pravda.az)

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü