Prokuror modelyerin atasını öldürənlərə 20 il həbs istədi

Prokuror modelyerin atasını öldürənlərə 20 il həbs istədiBakıda modelyer Elnarə Bəkirovanın atasını öldürməkdə təqsirli bilinən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
KONKRET.az report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə dövlət İttihamçısı hər iki təqsirləndirilən şəxsin 20 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, İstintaq sənədlərinə görə, 2023-cü il aprelin 6-da Bakının Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.
Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.
Tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər – əvvəllər məhkum olunmuş 1953-cü il təvəllüdlü Mustafa Zeynalov və 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.
İstintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin cinayət əlaqəsinə girərək üzərində olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham elan edilib.
Qeyd edək ki, qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmen olub. O, rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.

Hadisə       Tarix: 13 fevral 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır

Hindistanın Bihar ştatının qanunverici məclisinin deputatı Anant Sinqh qızının toyuna 400 min nəfərədək qonaq dəvət etməyə hazırlaşır. Mərasim noyabrın 25-nə planlaşdırılıb. oxuaz-a istinadən xəbər verir ki, deputatın qız

Qazaxda avtomobil yandı

Qazaxda avtomobil yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Qazax şəhərində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub

Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb

Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərinin yaxınlığında kiçik təyyarə qəza uğrayıb. "Bild" qəzetinə istinadla xəbər verir ki, təyyarə qəzadan sonra avtomobil yoluna düşüb. Hadisə nəticəsind

Bakıda kütləvi dava: bıçaqlananlar var

Bakının Nərimanov rayonunda kütləvi dava zamanı 3 nəfər xəsarət alıb. teleqraf-a istinadla xəbər verir ki, hadisə Böyükşor ərazisində, Dərnəgül taxta bazarının yaxınlığında baş verib. Belə ki, 1998-ci il təvəllüdlü Sərva

İmişlidə yol qəzası oldu, ölənlər var

İmişli rayonunda yük və minik avtomobilləri toqquşub. KONKRET.azazərtac-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Telişli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb

Sabirabadda faciəvi şəkildə ölən məktəblinin adı bilindi

Sabirabadda yol-nəqliyyat hadisəsində ölən məktəblinin şəxsiyyəti məlum olub. -a istinadən xəbər verir ki, ölən şəxs 2011-ci il təvəllüdlü P.Həsənlidir. Hadisə noyabrın 7-də Sabirabad şəhəri ərazisində qeydə alınıb. Bel

Eldar Azadov vəfat etdi

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun tədris-metodiki məsələlər üzrə məsləhətçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Eldar Həsənxan oğlu Azadov vəfat edib. xəbər verir ki, bu barədə UNEC-in Mətbua

Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi

Lənkəran rayonunda zəhərlənmə şübhəsi ilə 9 nəfər (1 qadın, 1 kişi, 7-si uşaq olmaqla) 11.11.2026-cı il tarixində saat 10:00 radələrində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. xəbər verir ki, bu barədə TƏBİB-də

AzTV-nin sabiq idarə rəisi vəfat etdi 

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin kadrlar idarəsinin sabiq rəisi Mansur Bayramov dünyasını dəyişib. xəbər verir ki, bu barədə onun iş yoldaşları məlumat yayıb. Qeyd edək ki, Mansur Bayramov AzTV-də 30 ildə


yeni xeberler azerbaycan xeberleri son xeberler hava iqtisadiyyat xeberleri bugun bugünkü son xəbərlər sou xeberler