Putin Kurskun geri alınmasını keçmiş mühafizəçisinə tapşırdı – Dyumin KİMDİR?

Putin Kurskun geri alınmasını keçmiş mühafizəçisinə tapşırdı – Dyumin KİMDİR?Rusiya prezidenti Vladimir Putinin keçmiş mühafizəçisi, bu ilin mayında  Dövlət Şurasının katibi təyin etdiyi Aleksey Dyumini yeni görəv verib. Musavat. com Rusiya mətbuatına istinadən xəbər verir ki, Dyuminə Kurskdakı əməliyyatlara rəhbərlik tapşırılıb.  Dyumin Kursk vilayətindəki əməliyyatlarda təhlükəsizlik qüvvələrinin və yerli hakimiyyət orqanlarının hərəkətlərini əlaqələndirəcək.
KONKRET.az xəbər verir ki,Dyuminlə bağlı yayılan xəbərləri dəyərləndirən hərbi müxbir, Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü Aleksandr Sladkov Dyuminin Kursk əməliyyatına rəhbərliyi  "əla xəbər" adlandırıb.  "Dyumin hərbçidir, ordunun ən başında və xüsusi xidmət orqanlarında hörmətlidir. O, tez bir zamanda  mühüm qərarlar qəbul etməyə başlayacaq"deyə, Sladkov yekunlaşdırıb.
Putin  yenidən altı illik müddətə prezident seçildikdən sonra 51 yaşlı Dyumini  əvvəl müdafiə sənayesinə nəzarət edən köməkçisi, sonra isə Dövlət Şurasının katibi  vəzifəsinə təyin edib. Bundan əvvəl isə o, Tula qubernatoru olub.
Sergey Markov hələ o vaxt "Telegram"-da belə yazıb: "Rusiya elitası Dyuminin Dövlət Şurasının katibi təyin olunmasından məmnundur. Bu, Dyuminin Rusiyanın gələcək prezidenti olmasının təsdiqi, Putinin seçimidir".

Dyuminin adı, digərləri ilə yanaşı, uzun müddətdir ki, Rusiya siyasi elitası arasında spekulyasiyalara səbəb olub. Putinin 2020-ci ildə təklif etdiyi dəyişikliklərə əsasən, Rusiya regionlarının rəhbərlərini birləşdirən Dövlət Şurasının rolu ilk dəfə konstitusiyada təsbit edilib.
Dyumin 1972-ci ildə Rusiyanın qərbində, Kursk şəhərində anadan olub, evlidir və bir oğlu var. 2016-cı ildə Dyumin "Kommersant" qəzetinə bildirib ki, Putinin mühafizəçisi olduğu zaman Rusiya lideri dağ iqamətgahlarından birində istirahət edərkən ayını qorxutmaq üçün tapançasından istifadə edib.
Rusiyanın ən yüksək dövlət mükafatı olan "Rusiya Qəhrəmanı" mükafatını alan Dyumin 1995-ci ildə Kreml elitasının təhlükəsizliyini təmin edən Rusiya Federal Təhlükəsizlik Xidmətinə işə başlayıb və Putinin birinci və ikinci prezidentlik dövründə onu qoruyub.
"Mən prezidentin təhlükəsizliyini hər yerdə – Rusiyada və xaricdə təmin edən zabitlər qrupunun bir hissəsi idim" deyə, Dyumin bildirib.
Putin Kurskun geri alınmasını keçmiş mühafizəçisinə tapşırdı – Dyumin KİMDİR?"Hər səhər prezidentə əməliyyat hesabatları ilə bağlı məruzə ilə başlayırdı. Regionlar və fövqəladə hallar haqqında məlumatınız olmalıdır. Hərdən nazirə, region rəhbərinə tapşırıq verməli olurdum".
ABŞ Maliyyə Nazirliyi 2018-ci ildə Dyuminə sanksiya tətbiq edərək bəyan edib ki, o, "Rusiyanın Krımı ilhaq etməsində əsas rol oynayan" xüsusi əməliyyat qüvvələrinə rəhbərlik edib.
O, həmçinin 2022-ci ildə Ukraynada pilotsuz uçan aparatları idarə etmək üçün əməliyyatçılara təlim məktəb açdığını iddia edən Böyük Britaniyanın sanksiyalar siyahısındadır.
Musavat.com

Siyasi       Tarix: 14 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliyinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabınd

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. xəbər verir ki, İstanbulda, Dolmabağça sarayında keçirilən görüşdə liderlər əvvəlcə təkbətək, daha sonra nümayəndə heyətlərini

Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi

Yeni Partiyanın Ankara İdman Salonunda keçirilən 1-ci Qurultayı ilk iş gününü başa vurub. TRT-yə istinadən xəbər verir ki, saat 15:30-da başlayan səsvermə prosesi saat 17:00-da yekunlaşıb. Seçkilərdə qeydiyyatdan keçmiş 120

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim

Taliban Rusiyadan elə bir şey xahiş etdi ki…

Taliban Rusiyadan Əfqanistanda neft emalı zavodları tikməyi xahiş edir: əvəzində isə neft emalı ilə məşğul olmağı, yəni idarəçiliyi də ruslara təklif edir. . Əfqanıstan hakimiyyəti Rusiya şirkətlərinə digər faydalı qazınt

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta xeber saytlari şou biznes xəbərləri bugun xeberler