Putin Makrona mesaj göndərdi: O, Rusiyanı hansı əsasla hədələyir?

Putin Makrona mesaj göndərdi: O, Rusiyanı hansı əsasla hədələyir?Putin rus əsgərlərinin anaları və dul arvadları ilə görüşdən sonra göz yaşlarını saxlaya bilməyib və Makron isə yarıçılpaq idmançılarla uyğunsuz pozalarda çəkilib.
KONKRET.azxəbər verir ki, bu barədə dikGAZETE nəşri yazıb.
Fuad Səfərov adlı müəllif "inosmi.ru" saytında qeyd edir ki, onların dünyagörüşündəki aşkar fərq də buradadır:
"Bundan sonra Fransa Rusiyanı hədələməyə necə cəsarət edəcək?
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Beynəlxalq Qadınlar Günü ərəfəsində Vətən Müdafiəçiləri Fondunun nümayəndələri ilə görüşdə göz yaşlarına hakim olmaqda çətinlik çəkib. Bu cür detallar gözdən yayınmır. Ukraynada xüsusi əməliyyatda iştirak edən rus əsgərlərinin anaları və dul arvadları cəbhə xəttindəki uğurlarından danışıblar. Hər hekayə qəhrəmanlıq və ürəkağrıdan hadisələrlə doludur. Kimin ağlına gələrdi ki, İkinci Dünya Müharibəsinin bitməsindən onilliklər keçdikdən sonra rus xalqı yenidən düşmənlərinə qarşı döyüşmək üçün silaha sarılacaq.
Bu fotonu rusiyalı jurnalist Pavel Zarubin öz Telegram kanalında yayıb.
Eksklüziv müsahibəsində Putin ona deyib: "Çox təsirli idi, özümü çətinliklə saxlaya bildim".
Rusiya prezidenti emosiyalarını gizlədə bilməyib.
Daha sonra bu görüntülər "Rossiya-1" telekanalında "Russia Today" beynəlxalq agentliyinin baş direktoru Dmitri Kiselevin aparıcısı olduğu "Vesti Nedeli" informasiya-analitik proqramında nümayiş etdirilib. Bu qəhrəmanların analarının, dul arvadlarının, eləcə də hərbi əməliyyatlarda iştirak etmiş qadın əsgərlərin hekayələrini oxuyanda heyrətlənirsən, gözünün önündə başını dik tutmuş Rusiya görünür.
Hər biri filmlərə, əsərlərə mövzu olacaq qəhrəmanlıqlar…
Görüş zamanı Putin həmçinin bəyan edib ki, Rusiyanın düşmənləri rus xalqının xarakterini lazımınca qiymətləndirmədikləri üçün həmişə səhv edirlər.
"Əslində, düşmənlərimizin və rəqiblərimizin bütün səhvləri məhz bundan – rus xalqının xarakterini, ümumiyyətlə, ümumrusiya mədəniyyətinin nümayəndələrini lazımınca qiymətləndirməməkdən başladı…".
Rusiya prezidenti bu görüşdə dünyada Napoleonun işğalı dövrünə qayıtmaq istəyənlərin olduğunu bildirib və bu tarixi hadisənin necə başa çatdığını unutduqlarını vurğulayıb.
Bu mesaj kimin üçün nəzərdə tutulub?
Bəli, Fransa prezidenti Emmanuel Makron üçün!
Həqiqətən də martın 5-də Makron Rusiyanın Fransa və Avropa üçün təhlükəyə çevrildiyini bəyan etdi. Bununla əlaqədar olaraq, Makron Aİ-ni müdafiə etmək üçün
Fransanın nüvə silahından istifadəni müzakirə etməyə çağırdı və ABŞ-ın Ukrayna və Vaşinqtonun NATO-dakı aparıcı rolu ilə bağlı mövqeyini dəyişdiyini bildirdi.
Gəlin keçək Makronun düşdüyü vəziyyətə.
Veteran jurnalist Dmitri Kiselev proqramında Makronun kim olduğunu sübut kimi Makronun iki qaradərili idmançı ilə ədəbsiz pozalarda çəkdirdiyi fotoşəkilləri nümayiş etdirdi.
Onlar ölkə lideri ilə qucaqlaşaraq poza verdi.
Demək olar ki, unutdum: Makron və həyat yoldaşı Bricit haqqında deyilənlər "Vesti Nedeli" proqramında göstərildi. Yeri gəlmişkən, bu ilin yanvarında amerikalı jurnalist Kandis Ouens də Bricit Makronun kişi olduğuna dair sübutlar dərc edəcəyini bildirmişdi.
2024-cü ildə o, Fransa prezidenti Makronun vəkillərindən məktub alıb. Orada Ouensə Makronun şəxsi həyatı ilə bağlı "şayiələr" yaymaqdan çəkinməsi istənilib.
Amma yenə də belə bir sual vermək istərdim: Makron Rusiyanı nəyə əsaslanaraq hədələyir?".
Günel Mikayılova,
KONKRET.az
Putin Makrona mesaj göndərdi: O, Rusiyanı hansı əsasla hədələyir?

Siyasi       Tarix: 12 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən "hərbi kommunizm"ə, oradan da dünya inqilabının dilinə

Bir dəfə sərvətini daim artırmağa çalışan, var-dövlət toplamaqdan ötrü narahatlıq keçirən bir insana qədim yunan filosofu Platon belə cavab vermişdi:. "Ey boş yerə çırpınan insan! Var-dövlətini artırmağa deyil, onu artırma

Trampdan İran açıqlaması: Yanvarın 1-dən sonra

Qarşıdan yeni il gəlir və yanvarın 1-dən sonra onlar (İran-red) nə olacağını görəcəklər. xəbər verir ki, bunu "Foks Nyus" telekanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp İranla bağlı növbəti addımlar barəd

Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni

Üçtərəfli görüşdən sonra Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edilib. xəbər verir ki, Kreml bəyannamənin tam mətnini dərc edib. Bəyannamədə bildirilib ki, Rusiya Federasiyasının Prezident

Prezident Azərbaycanla Özbəkistan arasında əbədi dostluq haqqında Müqaviləni təsdiqləyib

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb. Qeyd edək ki, "Azərbaycan Respublikası il

Kvrivişvili: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Azərbaycana rəsmi səfəri çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanları müzakirə etdiklərini bildirib

Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama

Azərbaycan Avropanın böyük bir hissəsi, o cümlədən Almaniya üçün enerji resurslarının, ilk növbədə, neftin mühüm və etibarlı təchizatçısıdır. Report-a istinada xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadefu

İlham Əliyev: Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam

Prezident İlham Əliyevin sosial media hesablarında Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından verilən rəsmi nahar tədbirində çıxışından video paylaşılıb. xəbər verir ki, paylaşımd

Ermənistanda həbsxanada ölən siyasətçi ilə bağlı mübahisə böyüyür

Ermənistan parlamentinin rəhbəri Ruben Rubinyan müxalifətçi siyasətçi Arsen Gevorqyanın həbsxanada ölümünün siyasiləşdirilməsinə qarşı çıxıb. "Armenpress"ə istinadən xəbər verir ki, Rubinyan bu barədə bu gün parlamenti

Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb. Görüşdə ölkələrimiz arasında münasibətlərin iki xalqın bi


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən video azerbaycanda son xeberler cəbhədən şad xəbər cəbhədən yeni xəbərlər