Putinin gizli saxladığı ailəsi və qızları haqqında MARAQLI MƏLUMATLAR - ƏTRAFLI

Putinin gizli saxladığı ailəsi və qızları haqqında MARAQLI MƏLUMATLAR - ƏTRAFLIXəbər verdiyimiz kimi, ötən gün ABŞ və Qərb ölkələri Rusiya Prezidentinin yaxınlarına və rusiyalı iş adamlarına sanksiya tətbiq edib.
KONKRET.az xəbər verir ki, sanksiya tətbiq edilənlər arasında Rusiya Prezidenti Vladimir Putinin iki qızı da var.
ABŞ rəsmiləri Vladimir Putinin qızlarına tətbiq edilən qadağanı belə əsaslandırıb: 
"Putinin oliqarxlar və ailəsi vasitəsilə öz aktivlərini ABŞ maliyyə sisteminə daxil etdiyinə dair şübhələrimiz var. Biz hesab edirik ki, Putinin əmlakının böyük hissəsi onun ailə üzvlərinin əlindədir və buna görə də biz onları hədəfə alırıq".
Bu məsələdən sonra Putinin qızları yenidən dünya mediasının gündəminə düşüb.
Sanksiyalara əsasən, Rusiya prezidentinin qızları – 36 yaşlı Mariya Vorontsova və 35 yaşlı Katerina Tixonovanın aktivləri dondurulub, onlara səyahət qadağası tətbiq edilib.
Vladimir Putinin qızları haqqında elə də çox məlumat yoxdur. Çünki Rusiya prezidentinin ailəsi ilə bağlı məsələlər həmişə gizli saxlanılıb. Putin özü də ailəsi ilə bağlı suallara ətraflı cavab verməyi rədd edib. 2015-ci ildə keçirdiyi mətbuat konfransında Putin qızları ilə bağlı sualı belə cavablayıb:
"Qızlarım Rusiyada yaşayır və həmişə Rusiyada təhsil alıblar. Mən onlarla fəxr edirəm. Onlar üç xarici dildə sərbəst danışırlar. Ailəm haqqında heç kimlə danışmıram. Hər kəsin öz taleyini yaşamaq hüququ var. Onlar öz həyatlarını yaşayırlar və bunu ləyaqətlə edirlər".
Putin hər nə qədər gizli saxlamağa çalışsa da, qızları haqqında müəyyən məlumatlar mediaya sızdırılıb.
Məlumatlara görə, Mariya və Katerina Putinin boşandığı həyat yoldaşı Lüdmiladan olan qızlarıdır. Putin Lüdmila ilə 1983-cü ildə KQB-nin (Sovet İttifaqının kəşfiyyat və məxfi xidməti) agenti olan zaman evlənib. Həmin vaxt Lüdmila stüardessa işləyirmiş. Onların evliliyi 30 il davam edib. 30 il ərzində Putin Rusiya siyasi sistemində sürətlə yüksəlib. Cütlük 2013-cü ildə rəsmi olaraq boşanıb.
Putin boşanması haqqında danışarkən bildirib:
"Bu, birgə qərar idi, hazırda biz bir-birimizi çox az görürük və hər ikimizin öz həyatımız var". Lüdmila isə Putinin tamamilə işinə aludə bir insan olduğunu bildirib.
Onların böyük qızı Mariya 1985-ci ildə anadan olub. Sankt-Peterburq Universitetində biologiya, Moskva Dövlət Universitetində isə tibb təhsili alıb. Mariya Vorontsova indi endokrin sistemi üzrə ixtisaslaşmış akademikdir. Onun "uşaqlarda böyümə geriliyi halları" haqqında kitabı var və Moskvada Endokrinologiya Elmi Mərkəzində qeydiyyatda olan tədqiqatçıdır. O, həm də iş qadınıdır. BBC-nin rus xidməti Mariya Vorontsovanın çox böyük tibb mərkəzi tikməyi planlaşdıran şirkətlə tərəfdaş olduğunu açıqlayıb. ABŞ bəyan edib ki, Vorontsova "Kremlin milyardlarla dollarla dövlət maliyyəsi ilə aparılan genetik tədqiqat proqramlarının rəhbəri olub və bu proqramlara birbaşa Putin nəzarət edib.
Mariya Vorontsova holland iş adamı Jorrit Joost Faassen ilə evlidir. Faassen bir vaxtlar Rusiyanın dövlət enerji nəhəngi olan "Qazprom"da işləyib. Cütlüyün ayrıldığı haqda xəbərlər yayılıb. Ukraynaya təcavüz başlayandan sonra Mariya Vorontsova ilə söhbət edənlər onun bu məsələdə atasını dəstəklədiyini və beynəlxalq mediada gedən xəbərlərə şübhə ilə yanaşdığını bildiriblər.
Putinin kiçik qızı, 35 yaşlı Katerina Tixonova böyük bacısından daha çox üzdə olan şəxsdir. O, 2013-cü ildə keçirilən beynəlxalq rəqs müsabiqəsində partnyoru ilə 5-ci yeri tutub. Elə həmin il Katerina Putinin dostunun oğlu Kirill Şamalovla ailə qurub. Onların toyu Sankt-Peterburq yaxınlığındakı xizək kurortunda keçirilib. Otel işçiləri bildiriblər ki, cütlük toya üç ağ atın çəkdiyi kirşədə gəliblər. Kirill Şamalov Rusiyanın enerji sektorundakı roluna görə, 2018-ci ildə ABŞ-ın sanksiyalar tətbiq etdiyi adlardan biri olub. ABŞ Maliyyə Nazirliyi bəyan edib ki, Şamalovun sərvəti evləndikdən sonra əhəmiyyətli dərəcədə artıb.
Ancaq onların da boşandığına dair xəbərlər yayılıb. Böyük bacısı kimi Katerina Tixonova da indi həm akademik, həm də iş qadındır. O, 2018-ci ildə Rusiya mediasına neyrotexnologiya barədə danışıb. Katerina Tixonova biznes forumunda da görüntülənsə də, Putinin qızı kimi təqdim edilməyib.
Putin 2017-ci ildə verdiyi müsahibədə nəvələrinin olduğunu bildirib, lakin hansı qızından olduğunu və sayını açıqlamayıb: "Nəvələrimə gəlincə… Onlardan biri artıq bağçaya getməyə başlayıb. Mən onların kral şahzadələri kimi böyümələrini istəmirəm. İstəyirəm ki, onlar normal insanlar kimi böyüsünlər".
Məlumatlara görə, Vladimir Putin gimnast Alina Kabayeva ilə uzun illərdir birlikdədir və ondan 4 övladı var. Hətta onların evləndikləri ilə bağlı iddialar da var.
Putinin gizli saxladığı ailəsi və qızları haqqında MARAQLI MƏLUMATLAR - ƏTRAFLIVəsilə İbrahim,
KONKRET.az

Siyasi       Tarix: 07 aprel 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Finlandiya və Norveç Rusiyadan olan idmançılara qapıları bağladı – Müharibə bitənədək ölkəyə giriş qadağan edildi

Finlandiya və Norveç Ukraynaya qarşı müharibə başa çatana qədər Rusiyadan olan idmançıların ölkələrinə girişinə qadağa qoyub. xəbər verir ki, yeni qərara əsasən, rusiyalı idmançılar bu ölkələrin ərazisində keçirilən beynəlxal

Leyla Əliyeva COP31-də Xəzər dənizinə aid problemləri qabardıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Blu

Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 11-də Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsind

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

Azərbaycan və Britaniya arasında razılaşma: Yeni iş yerləri yaradılacaq

Azərbaycan və Böyük Britaniya ticarət, investisiya, enerji və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirəcək, həmçinin Orta Dəhlizin inkişafını dəstəkləyəcəklər. xəbər verir ki, sözügedən məsələ Azərbaycan Respublikas

Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?

Ukraynada müharibənin dayandırılması ilə bağlı diplomatik müzakirələr davam edir. Tərəflər arasında müharibənin başa çatdırılması üçün müxtəlif təkliflər və şərtlər gündəmə gətirilir. Rusiyanın irəli sürdüyü iddia oluna

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycanın əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. xatırladır ki, Konstitusiya 31 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsində


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər xeberlər sou xeberler apa.az xeberler