"Qadın birinci özünə arxayın olmalıdır" - 'Atəşgah' Sığorta Şirkətinin Təftiş Komissiyasının sədri

 azxeber.com-un "Uğurlu qadın" rubrikasının qonağı "Atəşgah" Sığorta Şirkətinin Təftiş Komissiyasının Sədri Günel Rəhimovadır.

Günel xanım özünüz haqda oxucularımıza məlumat verin.
Günel Rəhimova Cəfərağa qızı. 1981-ci ildə Bakı şəhərində anadan olmuşam. Ali təhsilliyəm. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm. 21 illik iş təcrübəm var. 2 övladım var, hər ikisi məktəblidir. 
Bakalavr və magist təhsiliniz hansı ixtisas üzrə olub?
Bakalavr və magistr təhsilim "Qiymət və qiymətləndirmə" ixtisası üzrə olub. Ondan sonra sığorta sahəsində təhsilimi davam etdirmişəm. 
Necə oldu sığorta sferasına gəldiniz?
- İlk iş fəaliyyətimə ixtisasım üzrə başlamışam. 3 ildən çox qiymətləndirmə şirkətində çalışmışam. Bu işimdən öncə elə bilirdim ki, iqtisadiyyatın bütün sahələri maraqlıdır, hər bir sahəsində işləmək olar. Düşünürdüm ki, istər bank olsun, istərsə də maliyyə və digər mühasibatlıq sahəsində işləyərəm, amma sığortada işləmərəm. O vaxtlar sığorta məşhur olmadığı üçün mənə maraqsız gəlirdi. İnsanların indiki kimi bu sahə ilə bağlı məlumatı yox idi. Özümün də bu sahə üzrə kifayət qədər biliyim yox idi. Lakin heç vaxt "heç vaxt" sözünü demək olmaz. Günlərin bir günü bir sığorta şirkəti var idi, mənə məlumat verdilər ki, orada sığorta broker vakansiyası var. Özüm tərəddüd etsəm də, qərara gəldim ki, özümü sığorta sahəsində sınayım. Həmin şirkətdə 6 il çalışdım, ondan sonra "Atəşgah" sığorta şirkətində anderrayter vəzifəsinə dəvət olundum. İlk anderrayter kimi çalışanda sığorta broker işi o qədər mənim canıma hopmuşdu ki, hələ də o işdən qopa bilmirdim. Bir az anderrayter vəzifəsində çətinliklərim oldu, çalışdıqdan bir müddət sonra şöbə müdirliyi vəzifəsinə, daha sonra idarə rəisi vəzifəsinə, sonra idarə heyətinin üzvü, hazırda isə "Atəşgah" sığorta şirkətinin təftiş komissiyasına sədr təyin edildim. 2005-ci ildən bu günə qədər sığorta şirkətində çalışıram. 
Uğur pillələrinizi sayın desəm, ilk hansı uğurunuzu qeyd edərdiniz?
- Azərbaycan ailələrinin əksəriyyətində olduğu kimi, mənim də ilk uğurum ali məktəbə daxil olmaqdır. Sonrakı uğurlarım işlə bağlı olub. Ən çətin əldə etdiyim uğurum İngiltərədə Chartered Insurance Institute universitetindən diplom əldə etməyim olub. Bir ana üçün 8 saat ofisdə işləmək, sonra ev-uşaq qayğısı, distant təhsil almaq bir qədər çətindir. Təhsillə bağlı əziyyətə qatlaşanda bilirsən ki, bunun nəticəsi mütləq yaxşı olacaq. 
5. Yəqin ki, şöbənizdə olan işçilərin əksəriyyəti əks cinsin nümayəndələridir. Onlara başçılıq etmək necə hissdir və çətin deyilmi?
 Əvvəl İdarə Heyətinin üzvü olduğum zamanlar kurasiyamda əks cinsin nümayəndələri var idi, deməzdim ki, çoxluq təşkil edirdi, amma var idilər. Onlarla işləmək özü də bir zövqdür. İstər əks cinslə, istərsə də qadınlarla işləyəndə onlara başçılıq etməyi sevməmişəm. Məncə, işçilərlə dostluq münasibətinin qurulması daha yaxşıdır. Dostluq münasibətləri ilə qurulan işin nəticələri də yüksək olur. Hesab edirəm ki, rəhbər dostluq münasibətləri ilə işləyirsə, bu, komanda işi sayılır. 
Hazırda ölkəmizdə sığorta sistemində ciddi inkişaf müşahidə olunur. Sizcə bu sahədə daha nələr etmək mümükündür?
- İndi hansı televiziya kanalını açırsansa, sığortadan danışılır. Bütün sosial şəbəkələrdə sığorta məsələsindən danışılır. Xüsusən də Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Sığortaçılar Assosasiyası (ASA) çox güclü təbliğat işləri aparırlar. Mən özüm də ətrafımda olan insanlardan görürəm ki, hər kəs sığorta ilə maraqlanır. Biri deyir ki, Kasko sığortam olmasa, çölə çıxmaram. Mən özüm də işin içində olduğum üçün görürəm ki, nə qədər sığorta ödənişi edirlər. Tutaq ki, əmlak sığortasıdır, həmin sığorta ödənişini həyata keçirərkən mən özüm fikirləşirəm ki, bu şəxsin sığortası olmasaydı, bu qədər böyük məbləği necə tapacaqdı? Necə deyərlər, həyat sığorta ilə rahatdır (gülür). 
Uğurlu qadının arxasında kimsə dayanır deyirlər. Bəs siz nə deyirsiniz buna? 
- Günel xanımın uğurununun arxasında Allah dayanır. Allahdan dilədiyi arzuları, xoş niyyətləri dayanır. Tək öz uğuruma deyil, işdə bütün əməkdaşların uğuru olanda onlardan daha çox sevinirəm. Bizim şirkətdə belə bir adət var ki, hər hansı bir əməkdaş təhsillə bağlı nailiyyət əldə etdikdə onu paylaşırıq. Hər kəs onu ürəkdən təbrik edir. Amma qadının arzuları, məqsədləri, duaları bunlar daha vacibdir. 
Uğur qazanmaq üçün nələrdən imtina etmisiniz?
- Uğur qazanmaq üçün yuxusuz gecələrim olub. Əyləncədən, istirahətlərdən imtina etmişəm. Son illərdir ki, bilirəm Novruz bayramda 6-7 gün istirahət etmək olarmış. Yaxınlarım mənə deyir ki, bir üzünü görək. Ancaq oxumaq və işləməklə məşğul olmuşam. Hansı uğur asanlıqla əldə olunur ki? Hamısı əziyyətlə əldə olunur. Ən böyük uğurum isə övladlarımdır. Nə edirəmsə, onlar üçün edirəm.
Övladlarınızın da sizin kimi sığortaçı olmağını istərdiniz?
 - Bəli, istəyərdim. Sığorta sahəsi çox qabaqcıl sahələrdən biridir. Mənim oğlum da deyir ki, mən anam kimi sığortaçı olacam. Bizim evdə sığorta çox aktual məsələdir, ona görə də qızım da, oğlum da çox həvəslidir. 
25 il tarixi olan sığorta şirkətində Təftiş Komissiyasının Sədri vəzifəsindəsiniz. Gənc yaşınızda qazandığınız bu uğuru kimə və ya nəyə borclusunuz?
- İndiyə qədər qazandığım uğurlara görə göydə Allaha, yerdə valideynlərimə borcluyam. Nə yaxşı ki, onlar var, nə yaxşı ki onlar mənə dəstək olublar. Özümdən asılı olan məsələ isə hər zaman məqsədli olmağımdır. Həmişə məqsədlərim və arzularım olub. Heç vaxt arzularımdan imtina etməmişəm. Elə insanlar qarşıma çıxıb ki, deyiblər sən qadınsan, bunu eləmə, əziyyətli işdir. Elə həmin vaxtdan fikirləşmişəm ki, özümü sübut edəcəm və mən bu işi bacaracam. Hamıya da məsləhət görərəm ki, arzularından imtina etməsin. 
Uğur qazanmadığına görə intihar etmək istəyənlərə nə məsləhət görərdiniz?
- Belə halların baş verməsinə çox təəssüf edirəm. Arzu edirəm ki, qadınlarımız hamısı təhsilli olsun. Ola bilər ki, uğursuzluq olsun, bu hər kəsin həyatında ola bilər. Nə yaxşı ki, o uğursuzluqlar olub. Bəlkə həmin vaxtı atdığım addım istədiyim uğurla nəticələnsə idi, mən bu gün bu yerdə olmazdım. Qadınlar təhsilinə önəm versinlər. Heç kimdən asılı olmasınlar. Qadın hər zaman özünə arxayın olmalıdır. - Məsuliyyətli, çox məsuliyyətli və həyatsevər. - Həmişə məqsədləri olsun, məqsədlərinə çatmaq üçün əllərində gələni etsinlər.
Günel Hüseynli 
 
Video: Hüseyn Həsənov

İqtisadiyyat       Tarix: 21 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq

Təhsilin İnkişafı Fondu (TİF) və Qırmızı Ürəklər Fondu arasında "Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramının davam etdirilməsinə dair müqavilə imzalanıb. Yeni mərhələdə daha 20 tələbəyə təqaüd ayrılması nəzərdə tutulur

Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası

Birbank Biznes fərdi sahibkarlar üçün mikro biznes kreditini daha əlçatan və sərfəli edən kampaniyaya start verib. 29 oktyabr – 30 noyabr 2026-cı il tarixlərində Birbank Biznes tətbiqi vasitəsilə krediti başdan-başa onlay

Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı

2027-ci ildə Azərbaycanda yaşayış minimumunun ölkə üzrə 314 manat olması nəzərdə tutulur. xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində qeyd edilib

Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ

Hüquq-mühafizə orqanlarının əməkdaşları adından Azərbaycan vətəndaşlarını aldadaraq pul vəsaitlərini ələ keçirən kiberdələduzluq şəbəkəsinin beynəlxalq axtarışda olan təşkilatçıları saxlanılaraq ölkəyə gətirilib. Daxili Işlə

Nərimanovda mənzillər üçün yeni satış şərtləri - FAİZSİZ

Nərimanovda təməldən mənzillərin FAİZSİZkreditlə satışı davam edir!. Bakının Nərimanov rayonunda yerləşən CityGarden Narimanov yaşayış kompleksində yeni mərhələ üzrə mənzillərin təməldənsatışına başlanılıb. Alıcılar üçü

Azərbaycanda yeni biznes xəbər saytı fəaliyyətə başladı

Azərbaycanda biznes, iqtisadiyyat və maliyyə xəbərlərini oxuculara çatdıracaq 1business.media saytı fəaliyyətə başlayıb. xəbər verir ki, yeni platformanın məqsədi ölkənin biznes mühitini daha anlaşıqlı və əlçatan təqdim etmək

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

MiniBoss Business School Bakıda ikincifilialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat vəsahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılardasahibkarlı

"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO

"Parker Russell Azerbaijan" beynəlxalq səviyyədə növbəti uğura imza ataraq "Best Consulting Firm 2026" ("2026-cı ilin ən yaxşı konsaltinq şirkəti") mükafatına layiq görülüb. . xəbər verir ki

Qaytarıla bilməyən kreditlər bağlanacaq

"Azərbaycanda işsizlikdən sığorta təminatı verən daha bir məhsul istifadəyə veriləcək. Kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutulan hallar baş verən zaman ödənilə bilməyən borcun üçünc


son xeberler yeni xeberler azerbaycan xeberleri hava haqqinda hava maliyye xeberler bugun hava proqnozu