"Qadın Dəstək Xətti"nə zənglərin sayı iki dəfə artdı

2026-cı ilin ilk altı ayında Azercell-in dəstəyi ilə fəaliyyət göstərən "Qadın Dəstək Xətti" qadınların təhlükəsizliyinin, hüquqlarının müdafiəsinin və sosial rifahının gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirib. Hesabat dövründə xidmətə daxil olan müraciətlərin sayının ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən iki dəfə artması xidmətə göstərilən etimadın və onun əlçatanlığının daha da gücləndiyini göstərir.
Yanvar–iyun ayları ərzində "Qadın Dəstək Xətti"nə ümumilikdə 2500-ə yaxın müraciət daxil olub.
Müraciətlərin əhəmiyyətli hissəsi psixoloji dəstək və zorakılıq halları ilə bağlı olub. Hesabat dövründə 548 qadın zorakılıq faktları ilə əlaqədar dəstək üçün müraciət edib. Qeydə alınan hallar fiziki, psixoloji və cinsi zorakılıq, etinasızlıq, sosial, məişət və kiberzorakılıq kimi müxtəlif zorakılıq formalarını əhatə edib. Xüsusilə son dövrdə geniş yayılmağa başlayan kiberzorakılıqla bağlı 45 müraciət qeydə alınıb. Bir sıra müraciətlərdə qadınların eyni zamanda bir neçə zorakılıq növünə məruz qaldığı müəyyən edilib. Hər bir hal fərdi qaydada qiymətləndirilib, müraciət edənlərə psixoloji, hüquqi və sosial istiqamətlər üzrə kompleks dəstək göstərilib, zərurət yarandıqda isə aidiyyəti dövlət qurumları və tərəfdaş təşkilatlarla koordinasiyalı şəkildə müvafiq tədbirlər həyata keçirilib.
Müraciətlərin təsnifatına əsasən, 698 müraciət psixoloji dəstək, 384 müraciət hüquqi yardım, 233 müraciət isə sığınacaqla təmin olunma ilə bağlı olub. Bununla yanaşı, 171 müraciət nikahın pozulması prosesində yaranan çətinlikləri, 127 müraciət sosial-maddi rifah məsələlərini, 113 müraciət isə digər sosial problemləri əhatə edib.
Hesabat dövründə 98 müraciət intihar düşüncələri, 54 müraciət qadınların istismarı və həssas vəziyyətindən sui-istifadə halları ilə bağlı qeydə alınıb. Bundan əlavə, səhiyyə hüquqlarının təmin olunması ilə əlaqədar 38, təhsil məsələləri üzrə isə 33 müraciət daxil olub.
Hüquqi yardım istiqamətində müraciətlər əsasən hüquqi məsləhətlərin göstərilməsi, mühafizə orderinin alınması, məcburi evlilik və digər hüquqi məsələləri əhatə edib.
"Qadın Dəstək Xətti" Azercell, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyinin tərəfdaşlığı ilə fəaliyyət göstərir. Qadınlara fasiləsiz dəstək göstərən xidmət 116111 qısa nömrəsi, eləcə də Facebook və Instagram sosial şəbəkələri vasitəsilə 24/7 rejimində əlçatandır. Azercell abunəçiləri üçün 116111 nömrəsinə edilən zənglər ödənişsizdir.
Bununla yanaşı, çətin həyat şəraitində yaşayan və ya risk altında olan qadınlar oflaynqadinlar.az platforması vasitəsilə psixoloji, fiziki və iqtisadi zorakılıq hallarında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun atılmalı addımlar, mövcud dəstək mexanizmləri və hüquqların müdafiəsi imkanları barədə sistemli və etibarlı məlumat əldə edə bilərlər. / azxeber.com

İqtisadiyyat       Tarix: 14 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR

15 oktyabr tarixində Yaponiyada səfərdə olan İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) İdarə Heyətinin sədri və üzvləri Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Talıbovl

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur


son xeberler yeni xeberler azerbaycan xeberleri havanın temperaturu xəbərlər son xəbərlər bugün 2026 beynelxalq bank mezenne