Qadın "Getcontact"da yazdıqlarına görə məhkəməlik oldu
Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Fəxriyyə Şərifova (ad və soyadlar şərtidir) barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilib.
KONKRET.az xəbər verir ki, məhkəməyə müraciət edən Q.Quliyev qadının "GetContact" mobil tətbiqində onun telefon nömrəsini işarələyərək ünvanına nalayiq ifadələr yazdığını bildirib.
Şikayətçi qeyd edib ki, mobil tətbiqdə premium istifadəçi statusu əldə edərək ünvanına kimin hansı söz yazmasını görməsi mümkündür. O bu yolla mobil tətbiqdə barəsində təhqiramiz sözlər yazan şəxsi müəyyən edib və skrinşotlar götürüb.
Məlum olub ki, Q.Quliyevin barəsində ifadələr yazan şəxs onun qardaşının keçmiş həyat yoldaşı 33 yaşlı F.Şərifovadır. Araşdırmalar zamanı müəyyən edilib ki, ötən il F.Şərifova Q.Quliyevin qardaşı ilə 40 gün evli olub. Daha sonra onlar rəsmi qaydada boşanıblar. Bundan sonra qadın başqa şəxslə evlənib.
F.Şərifova keçmiş qohumlarının onun yenidən ərə getməsini qısqandıqları üçün barəsində şikayətlər etdiklərini bildirib. Həmçinin, o da məlum olub ki, qadın keçmiş qohumları barəsində yazdığı sözlərə görə daha əvvəl də 50 manat cərimə edilib.
Binəqədi Rayon Məhkəməsi xüsusi ittiham qaydasında verilmiş şikayəti təmin edib. F.Şəfiyeva Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinib. Ona 1 000 manat cərimə cəzası təyin edilib.//Oxu.az
Turlar.az [newsid: 0-123300]

Keçmiş nazirə ağır itki
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
İranda işçiləri daşıyan avtobus aşdı - Ölənlər və yaralananlar var
Füzulidəki qəzada yaralanan qadın Bakıya gətirildi
Bakıda 34 yaşlı qadının bıçaqlanmasının təfərrüatı məlum oldu
Gələn il pensiyalar belə artırılacaq
Qarabağa köçən məşhurlar - SİYAHI
Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir
Özgür Özel yenidən Yeni Partiyanın sədri seçildi
Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Bakıda 16 ölkədən 50-dən çox universitetin iştirakı ilə beynəlxalq təhsil sərgisi keçiriləcək