Qadını qətlə yetirib meyitini yolun kənarına atdılar – DETALLAR

Qadını qətlə yetirib meyitini yolun kənarına atdılar – DETALLARBakıda qadını qətlə yetirərək meyitini Abşeron rayonunun Fatmayı qəsəbəsi ərazisində yolun kənarına atmaqda təqsirləndirilən Seymur Məmmədov və Nurlan Bağırovun cinayət işinin məhləmə istintaqı yekunlaşıb.
KONKRET.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sərdliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edərək Seymur Məmmədov və Nurlan Bağırovun hər birinin 20 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Müşavirədən sonra təqsirləndirilənlərə hökm oxunaraq, onların hər biri 18 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2024- cü ilin yanvarın 10-da Abşeron rayonu Fatmayı kəndi ərazisində əsas yoldan kənarda üzərində zorakılıq əlamətləri olan 30-35 yaşlarında naməlum qadın meyiti tapılıb. Məlumat daxil olan kimi dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Qətlə yetirilən şəxsin qısa zamanda Cəlilabad rayon sakini Yenigül Rəhimova olduğu müəyyən edilib.
Abşeron Rayon Prokurorluğu, Abşeron Rayon Polis İdarəsi və Mehdiabad Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış və əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Seymur Məmmədov saxlanılıb, həmin hadisədə iştirak edən daha bir nəfərin şəxsiyyəti də müəyyən edilib. Həmin şəxsin Nurlan Bağırov olduğu bəlli olub.
Araşdırma zamanı müəyyən edilib ki, hadisə günü Seymur Məmmədov və Nurlan Bağırov paytaxtın Nizami rayonundakı kafelərdən birində işləyən tanışları Yenigül Rəhimova ilə görüşüblər. Onlar şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı avtomobildə qadını qətlə yetiriblər. Daha sonra həmin şəxslər izi itirmək məqsədilə meyiti Seymur Məmmədovun yaşadığı Fatmayı kəndinin yaxınlığına gətirərək ora atıblar.
Qeyd edək ki, Seymur Məmmədov və Nurlan Bağırov əvvəllər dəfələrlə məhkum ediliblər. Onlar bir yerdə cəzaçəkmə müəssisəsində olan zaman tanış olublar.
Onu da qeyd edək ki, Nurlan Bağırov hadisədən sonra ölkə hüdudlarından qaçaraq gizləndiyi üçün, bir müddət sonra İnterpolun xətti ilə Gürcüstanda saxlanılaraq ölkəyə gətirilib, istintaqa cəlb edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Hadisə       Tarix: 13 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Xaçmazda ev yandı: 90 yaşlı qadının meyiti tapıldı

Xaçmazda evdə baş verən yanğın zamanı 90 yaşlı qadının meyiti aşkarlanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Xanoba kəndind

Bakıda 17 yaşlı oğlan bıçaqlandı

Bakıda gənc oğlan bıçaqlanıb. KONKRET.azbakıvaxtı.az-a istinadla xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Bakı şəhər sakini, 2009-cu il təvəllüdlü Amin Ələkbərov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib

Azərbaycanda ağır qəzada həlak olanların sayı artdı: Ölənlər arasında azyaşlılar da var

Qazaxda baş verən avtomobil qəzasında ölənlərin sayı artıb. -ın məlumatına görə, qəza nəticəsində ağır vəziyyətdə xəstəxanaya aparılan 1979-cu il təvəllüdlü İttifaq İkram oğlu Müssədinov yolda həyatını itirib. Digər yaral

Tanınmış həkim həbs olundu

Tanınmış stomotoloq Zeynalabdin Allahyarov həbs olunub. bildirir ki, -ın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi üzrə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Z.Allahyarov 2 il müddətinə azadlıqda

Dövlət Xidmətinin rayon şöbəsində insident: Çağırış vərəqəsini

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon Şöbəsində insident yaşanıb. -a istinadla xəbər verir ki, hadisə xidmətin inzibati binasında qeydə alınıb. 2007-ci il təvəllüdlü çağırışçı, Astara rayo

Orxana narkotik tərkibli dərman satan aptek müdiri tutuldu

Xəbər verdiyimiz kimi, "Alyans" vəkil bürosunun rəhbəri Orxan Kəngərli həbs edilib. -a istinadla xəbər verir ki, onunla birgə daha bir nəfər həbs edilib. Orxan Kəngərli ilə birgə həbs edilən aptek müdiri Xalid Mustafayevdir

Çexiyada qatarlar toqquşdu, xəsarət alanlar var

Çexiyanın paytaxtı Praqanın mərkəzində iki sərnişin qatarının toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb. axaraz-a istinadən xəbər verir ki, bu barədə "İdnes" məlumat yayıb. "Xəsarət alanların dəqi

Əsgər ölümü: hərbi həkim həbs olundu

Əsgər ölümündə təqsirləndirilən hərbi həkim həbs olunub. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin cərrahiyyə bölməsinin baş ordinatoru N.A-nın cinayət işi üzrə məhkəm

Şəmkirdə vəzifəli şəxs öldü

Dövlət Statistika Komitəsinin Şəmkir Rayon Statistika İdarəsinin rəisi Şikar Həsənov dünyasını dəyişib. KONKRET.azxəbər verir ki, mərhumun gecə saatlarında səhhəti qəfil pisləşib və o vəfat edib. Məlumat üçün bildirək ki


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu son xəbər futbol xeberleri metbuat