Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir' - Ekspert

Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir' - EkspertAzərbaycan Mərkəzi Bankının İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinin direktoru Elnur Eyvazlının sözlərinə görə, statistik göstəricilər göstərir ki, ölkədə maliyyə dələduzluğu qurbanları arasında qadınlar, xüsusilə də yaşlı nəslin nümayəndələri üstünlük təşkil edir.
AMB rəsmisinin qeyd etdiyi kimi, dələduzluq qurbanları arasında qadınların üstünlük təşkil etməsinin əsas səbəbləri nədir?
azxeber.com xəbər verir ki, Hüquqşünas Əkrəm Həsənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, ümumilikdə, dünyada da qadınların, xüsusilə yaşlı qadınların kiberdələduzluğun daha çox qurbanı olması müşahidə olunur:
"Dəqiq faiz nisbəti barədə fikir bildirmək çətindir, lakin ehtimal etmək olar ki, bizdə də bu göstərici yüksəkdir".
Əkrəm Həsənov deyib ki, bu statistikada qadınların çox olmasının da bir neçə səbəbi var:
"Əsas səbəblərindən biri bilik və savad səviyyəsidir. Bu gün ölkəmizdə bir çox qadın, xüsusilə evdar qadınlar kiberdələduzluğun qurbanına çevrilirlər. Çünki onlar işləməyib, təhsilləri və kifayət qədər bilikləri yoxdur. Xüsusi ilə hazırda Azərbaycan qadınları biliklərini "TikTok" və "İnstagram"dan götürür. Bunu uzağa getmədən öz yaxınlarımdan, qohumlarımdan, tanışlarımdan görürəm ki, bütün günü sosial şəbəkədədirlər. Hər şeyi ordan öyrənirlər. Lakin həmin platformalarda yayılan məlumatların hamısı etibarlı deyil və bu da yanlış biliklərin formalaşmasına səbəb ola bilər. Azərbaycanda təhsil problemi var. Xalqımız son illərdə xeyli geriləyib. Diplomluların sayı artsa da, fundamental təhsil yoxdur. Azərbaycanda orta hesabla kişilər qadınlardan daha savadlıdır".
Həmsöhbətimiz ikinci amil kimi isə emosionallığı vurğulayıb:
"Qadın daha çox emosiyaya məruz qalır. Onları emosiya ilə daha çox manipulyasiya edirlər. Bu da kişi ilə qadının əsas fərqidir. Kişi daha çox rasional düşünə bilir. Və ağlı ilə cavab verə bilir ki, necə ola bilər kimsə mənə bu qədər pul versin? Amma qadın istənilən halda maddi nemətlərə kişidən daha çox hərisdir. Kişiyə həyatda az şey, qadına isə daha çox lazımdır. Buna görə də qadınları bu istəklərindən də monupulyasiya edirlər. Buna görə də qadınlar, xüsusi ilə də yaşlı və pensioner qadınlar daha tez aldadılır. Onların arasında maarifləndirmə işləri aparılmalıdır".

Sosial       Tarix: 04 iyun 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilə

Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Bu barədə -a Konstitusiya Məhkəməsindən məlumat verilib. Qeyd olunub ki, məhkəmə iclasında Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilini

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Pensiyaya çıxdıqdan sonra işləyənlərlə bağlı qərar – 6 il sonra

Azərbaycanda pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslərin pensiyalarının yenidən hesablanması ilə bağlı yayılan xəbərlər maraqla qarşılanıb. Əmək fəaliyyətini davam etdirən pensiyaçılar işlədikləri müddətd

Vo Thi An Suan ADNSU-da - FOTOLAR

Ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olub. Vitse-prezidenti səfər zamanı Preziden

Valideyn övladını mirasdan məhrum edə bilər? - QANUN NƏ DEYİR?

Azərbaycanda ailə daxilində əmlak bölgüsü və vərəsəlik məsələləri zaman-zaman mübahisələrə səbəb olur. Bəzi hallarda valideynlər müxtəlif səbəblərdən övladlarından birini mirasdan məhrum etmək, əmlaklarını isə digər övladların

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər az apa.az xeberler metbuat axsam.az xeberler