Qadınların pensiyası artırılsın' - Deputatdan təklif
Azərbaycanda qadınların iqtisadi baxımdan güclənməsi üçün Azərbaycan Biznesinin İnkişafı Fondu daha çox güzəştli kredit verməlidir.
azxeber.com report-a istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında deyib.
Onun sözlərinə görə, ölkədə qadınların iqtisadi baxımdan güclənməsi onların maliyyə resurslarına çıxış imkanının artırılmasını tələb edir: "Ona görə daha məqsədəuyğun olardı ki, Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən təqdim olunan güzəştli kreditlərdə qadınlara kreditlərin təklif olunması prioritet istiqamətlərdən biri kimi göstərilsin. Hazırda həmin fondun təqdim etdiyi kreditlərdə qadın sahibkarların cəlb etdiyi kreditlərin payı birrəqəmlidir və təbii ki, prioritet istiqamət olaraq müəyyənləşməsi nəticə etibarilə qadınların güzəştli kreditlərə çıxış imkanlarını artıra bilər".
Deputat qeyd edib ki, qadınlarla kişilərin əməkhaqqıları arasında fərq var: "Buna görə yaşa görə əmək pensiyası hesablanan zaman qadınların pensiya kapitalının, bir sıra inkişaf etməkdə olan ölkələrdə olduğu kimi, xüsusi əmsallara vurulması və xüsusi əmsalların tətbiq edilməsi yolu ilə qadınlarımızın pensiya məbləğlərinin artırılması məqsədəuyğun olardı. Bu, xüsusən də qadınlarla kişilər arasında əməkhaqqı fərqi aradan qaldırılana qədər tətbiq edilə biləcək mexanizmdir".

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Azərbaycanda kombi dövrü başa çatır? - Yeni istilik sistemi ilə bağlı AÇIQLAMA
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu