"Qarabağ" "Ayaks"a buna görə MƏĞLUB OLUB - SƏBƏB BİLİNDİ

Çempionlar Liqasının növbəti turunda "Qarabağ"ın "Ayaks"a 2:4 hesabı ilə məğlubiyyəti azarkeşlər arasında ciddi təəssüf və suallar yaradıb. Hər kəs komandanın qələbə qazanacağına ümid edirdi. Hətta süni intellekt proqnozları belə Azərbaycan təmsilçisinin üstünlüyünü göstərirdi. Amma proqnozların əksi baş verdi.
Mövzu ilə bağlı Futbolpress.az saytının rəhbəri Elçin Cəlilov KONKRET.az-a açıqlamasında məğlubiyyətin əsas səbəblərini sadalayıb.
Ekspertin sözlərinə görə, "Qarabağ"ın uduzmasının ən ciddi amili rəqibin səviyyəsi və yarışın miqyasının böyüklüyüdür:
"Çempionlar Liqası dünyanın ən böyük klub turniridir. Azərbaycan klubunun bu yarışda müntəzəm şəkildə stabil və uğurlu çıxış etməsi real deyil. Üstəlik, bu mövsüm transfer siyasətində gözləntilər doğrulmadı və komandada bəzi boşluqlar qaldı".
Elçin Cəlilov "Ayaks"ın mövsümü xalsız keçirməsinə baxmayaraq, böyük tarixə və ənənəyə malik bir klub olduğunu xatırladıb:
"Bunu cəmi bir neçə dəqiqəyə sübut etdilər. Qarşılıqlı əvəzetmələrdən sonra hollandlar geridən gəlib oyunu çevirməyi bacardılar".
Cəlilov bildirib ki, "Qarabağ" son illərdə heç bir oyunda 4 qol buraxmamışdı, lakin bu dəfə komandada həm müdafiə, həm də hücum xətti gözləniləni vermədi.
"Hücum xətti ümidləri doğrultmadı. Bir sözlə, komandanın gücü tükəndi və üstünlüyü qoruyub saxlaya bilmədi".
Mütəxəssis yekunda vurğulayıb ki, Çempionlar Liqasında rəqiblər arasında fərqlər çox böyükdür və "Qarabağ" bu tempdə ardıcıl nəticə qazanmaq üçün daha güclü heyətə ehtiyac duyur.
Aynurə İsmayıl
KONKRET.az

İdman       Tarix: 12 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır. xəbər verir ki, bu barədə portuqaliyalı jurnalist Mige

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

ÇL: "Sabah" - "Slaviya" matçına satılan biletlərin sayı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçiriləcək "Sabah" – "Slaviya" (Çexiya) oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb. xəbər verir ki, bu barədə Report-a Azərbaycan təmsilçisini

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 2-ci ev oyununun biletləri satışa çıxarılıb. xəbər verir ki, bilet qiymətləri 15, 40, 50,  75, 120 və 650 manatdır. Bakı təmsilçisi oktyabrın 20-d


azerbaycan xeberleri yeni xeberler son xeberler krimnal bugun sou xeberler hava durumu sonxabar